Noyabrın 7-də Milli Məclisin İntizam komissiyasının iclası olmuşdur.
Milli Məclisdən "Report"a verilən məlumata görə, iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb.
Komissiyanın üzvləri qeyd etmişlər ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.
Komissiyanın üzvləri bildirmişlər ki, deputat Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onlar əmin olduqlarını bildirmişlər ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz.
Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.


Şərhlər
HÖRMƏTLİ DEPUTATI ALQIŞLAYIR VƏ SÖYLƏDİKLƏRİ HƏQİQƏTLƏRƏ GÖRƏ KƏNDİSİNƏ TƏŞƏKKÜR EDİRİK. ARTIQ HƏR KƏS ÖZ ADI İLƏ ÇAĞIRILMALIDIR. GUYA İRANA DOST DEMƏKLƏ NƏ DƏYİŞƏCƏK Kİ? O TÜRKƏ QARŞI YÖNƏLİK SİYASƏTİNİ DÜNYADA DƏYİŞƏN DEYİL. 77 GÜNDƏN SONRA MÖVQE BİLDİRDİ. BİLDİRDİYİ MÖVQE DƏ QARI VƏ QAPI MİSALINI YADA SALDI.
Bilən var millet vekili iran hakimiyyeti haqqinda ne danişib ? Melumati olan varsa zehmet olmasa bizi de melumatlandirsin
MİLLƏT VƏKİLİ diqqətsizlik edib? Axı, İran bizə nisbətən möhtəşəm və başı bəlalı ölkədir! Unudub ki, orada bizim ölkədən çox azəri türkü və milyonlarla saf əqidəli farslar və digərləri yaşayır. Onlardan üzr diləmək gərək? Rusiya gücündə qardaş bir ölkənin dövlətin xarici siyasəti və iqtisadiyyatının azı 30% bəyəm, erməni mafiyasının əlində deyilmi? İranda da belə təmayüllər var və olacaq da?
hm.... indi buna nä ad veräk? sonrada ayadliq ve demokratizadan danishiriq...