Menu

Ərdoğandan sərt açıqlama

11.10.2014, 15:42
Ərdoğandan sərt açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə gündəmini zəbt edən Kobani hadisələri ilə bağlı hökumətin mövqeyi barədə söylənənlərə aydınlıq gətirib.ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsinə icazə verməyəcəklərini bildirib.

“Ölkəmizdə qeyri-qanuni fəaliyyətlərə icazə verməyəcəyik. Hər şey qanun çərçivəsində reallaşdırılacaq. Qanunu pozmağa çalışanlar isə əvvəl-axır bunun cəzasını çəkəcək”, deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti həmçinin, bəzi ölkələrin bu məsələdə laqeyd qaldığı halda, ölkəsinin müəyyən işlər gördüyünü də diqqətə çatdırıb: “Bu problem bəzi ölkələrə, onların dindaşlarına, ya da neft quyularına çatmayana qədər laqeyd idilər. Lakin biz bu məsələdə də insani nöqteyi-nəzərdən yanaşmağı bacardıq.”

Bir sıra ölkələr öz müttəfiqlərini qorumaq məqsədilə 250 mindən çox insanın ölümünə, 6 milyondan çox insanın yerlərindən didərgin düşməsinə tamaşaçı qaldığı halda, biz hamı üçün sülh dedik, hamı üçün ədalət istədik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol