ABŞ-ın “Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib.
Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib:
“Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson & Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik”.
Qeyd edək ki, bir müddət əvvəl “Johnson & Johnson” “Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu “Artsax” adlandırmışdı.


Şərhlər
İndi bu şirkətə təzədən etibar etmək ermənilərin xeyrinə olacaq.
Muharibe dovrunde dusmen desteyini aciq sekilde gosterdiler indi muharibe bitib azerbaycannan pul gelmir bunlara veziyyeti duzeldirler guya.bizim xalq hecneyi unutmur bu sirketi boykot elemeye davam etmeliyik.johnson&johnson a boykot yerine turkiyenin dalin sirketinin mehsullarini alaq
Bəs bizim tarix kitabına yazdıranların aqibəti nec ə oldu? Nə istefa verdilər,nə üzr xalqlıq etsilər,hələ kimlərisə tapıb düzgün etmişik söylətdirdilər.