Menu

"Rus qoşunları yenidən Azərbaycana qayıtmayıb" - “Onlar üçün konkret yer müəyyənləşib”

17.11.2020, 16:39
"Rus qoşunları yenidən Azərbaycana qayıtmayıb" - “Onlar üçün konkret yer müəyyənləşib”

“Ermənistan döyüş meydanında zəlil vəziyyətə düşdü, ağır, sarsıdıcı və ölümcül zərbələr aldı. İşğal olunmuş torpaqlarımızın əksəriyyətində bu gün Azərbaycanın üçrəngli bayrağı dalğalanmaqdadır. Döyüşlərdə istər-istəməz qan tökürük, şəhid veririk. Qarşıdan da qış gəlir. Hərbi əməliyyatlar bundan sonra ən çətin relyefdə həyata keçirilməli idi. Yaranmış situasiyadan istifadə edən ölkə prezidenti Ermənistanı məbur etdi ki, ağ bayraq qaldırsın, sülh danışıqlarına, məsələnin siyasi yolla həllinə razılaşsın”.

"AzPolitika.info" xəbər verir ki, bunu deputat Fəzail Ağamalı pressklub.az-a bildirib. Deputat qeyd edib ki, imzalanmış bəyanata uyğun olaraq Azərbaycanın Kəlbəcər, Laçın və Ağdam rayonları ermənilərdən geri alınacaq: “Bir nəfərimizin burnu qanamadan bu rayonlarımıza bir daha sahib çıxırıq. Bu, çox böyük uğurdur, hərbi, siyasi, diplomatik nailiyyətdir. Bunu hökmən belə qiymətləndirmək lazımdır. Digər tərəfdən, Dağlıq Qarabağın bir çox yaşayış məntəqələrində Azərbaycan bayrağı qaldırılır. İnsanın dolaşmadığı, yaşamadığı, xarabazara çevrilən bir Xankəndi qalıb, bir də onun ətrafında kiçicik, o qədər də əhəmiyyət kəsb etməyən yaşayış məntəqələri var ki, bu gün-sabah ordumuz tərəfindən həmin yerlərdə də Azərbaycan bayrağı ucaldılacaq”.

Rusiya hərbçilərinin Azərbaycana qayıtmasına gəldikdə isə deputat bununla bağlı bəzi müxalifət partiyalarının söylədiklərini spekulyasiya adlandırdı: “Əvvəla, rus qoşunları gəlməyib. Rus qoşunları yenidən Azərbaycana qayıtmayıb. Bu cür yanaşma kökündən yanlışdır. İstərdim ki, hər kəs bunu anlasın. Belə bir şey yoxdur. Onlar üçün konkret yer müəyyənləşib. Həmin yeri də müəyyənləşdirən Azərbaycan dövlətinin özüdür. Harda durmalıdır, necə hərəkət etməlidir, hansı kriteriyalar əsasında fəaliyyətini qurmalıdır? Bütün bu məsələlər Azərbaycanla razılaşdırılmış şəkildə həyata keçirilir. Bütün bu torpaqlar Azərbaycanın ərazisidir. Azərbaycan ərazisində sülhməramlı qüvvələr Azrəbaycan dövlətinin iradəsi olmadan hərəkət edə bilməzlər”.

F.Ağamalının iddiasına görə, ən vacib məsələ rus əsgərləri ilə birgə sülhməramlıların içərisində eyni sayda türk əsgərlərinin də olmasıdır: “Bir rus əsgəri, bir türk əsgəri, bir rus zabiti, bir türk zabiti birgə bu missiyanı yerinə yetirəcəklər. Eyni zamanda, yenə də qardaş Türkiyə və Rusiya dövlətindən gələn zabitlərin iştirakı ilə sülhməramlı qüvvələrin fəaliyyətinə nəzarət edən mərkəz yaradılacaq ki, burada da eyni paritet var. Burada Rusiyanın üstünlüyü yoxdur. Bu baxımdan bəzi müxalifət partiyalarının başa düşərək və ya düşməyərək, vəziyyətdən istifadə edib, yenidən divident qazanmaq üçün Azərbaycan xalqının hissləri ilə oynaması qəbuledilməzdir. Buna son qoyulmalıdır. Biz qalibik! Biz zəfər çalmışıq! İki yüz ildən bəri üstümüzə gələn ermənilərə ölümcül zərbə vurmuşuq. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmişik! Bunun artıq başqa izahı yoxdur”.

"AzPolitika.info"

Şərhlər

Mustanger Kassimi 2020-11-17 21:40:00

Ay VƏTƏNDAŞ, Sizcə tərəfkeş dönə bilərmi? Əvvəla, sülhməramlılar ağır texnika ilə silahlanmırlar? İkincisi, 12 min dinc azərbaycanlını məhv edib, 333 min ailəni də DQMV və üç yüz min ailəni də öz evlərində hərbi terrorla qovan 366cı briqada da DQMV ətraf rayonlardan qovmuş 366çı hərbi briqada da DQMVdə yerləşirdi və sayı da 1960 dan az idi?

OQTAY 2020-11-17 21:00:40

Rusiya ozu,krizde boqulur,5 il yox,hec 1 il cekmeyecek,dabanina tupurub qacacaq!!!Sovet dovru,1989-ci ilde oldu,rusiyada onunla birlikde!!!Dezonfarmasiyaya qapilmayin,Vetendas!!!

Surxay 2020-11-17 19:49:47

Azerbaycanda ...

Amon 2020-11-17 19:04:09

Aga mali sulhmeramli elinde avtomat gelir durur iki dusmen olan dovletin serheddinde ruslar agir artileriya hava hucumundan mudafie sistemleriyle gelib.melumdu ki ermenistanin hava mekanini rusiya qoruyur bes onda qarabaga HHM sistemlerini getirmeyin meqsedi nedir.seni de salaq 5ci kolonun siyahisina....en azinnan ramiz mehdiyevi tehqir elediyine gore olmayan hormetin azaciq artmisdi onu yere vurma

azpolitika.info - ya meslehet 2020-11-17 18:35:27

Azerbaycanda rus 5 - ci kolonunu chixmaqla, Azerbaycan cemiyyeti, Putine ve onun bandasina NIFRET EDIR. Xalq ile meslehetleshmeden, Putin bandasinin tertib etdiyi gizli senedlerin hazirlanmasinda, Azerbaycan terefi ishtirak edilib , bu barede, evvelceden, xalqa etrafli melumat verilmeyib ve neticede, Turkiyenin movqeyini n ezere almayaraq, qefil, noyabrin 10 - da gece saat 02 - 03 vaxtinda, Putinin teqdim etdiyi anti - Azerbaycan, gizli bir neche sayda senedler imzalanib ...... Putinin " sulhmeramli " adi altinda maskalanmish ordusu , 10 noyabr gece vaxtinda , TECILI girdi Daqliq Qarabaq erazisine ve ISTEDIKLERI BUTUN YOLLARDA, RAYONLARDA, HERBI NEZARET POSTLARI QURDULAR, BUDURMU, hokumetin xalqla " birliyi " ......??????????? Hormetli aAzpolitika.info sayti, ozumuzu ALDATMAYQ ve " MALALAMAQ " tebliqatinI REDD EDEK , esl HEQIQETLERI XALQA BILDIRMEK LAZIMDIR. EGER, 100 % CESARETINIZ OLARSA, QORXMAYIN hokumetin size GOSTERECEYI TEZYIQLERDEN ve YALNIZ , DUZGUN MELUMATLARI BILDIRIN Azerbaycan XALQINA.

Geber 2020-11-17 18:22:55

Fəzail Ağamalinin izahatlari yersiz və əbəsdir , kimlər üçündür belə izahatlar , xaricdəki topal kanallarda oturan topal beyinlilər üçündürmü ? belə izahatlar ? Qarabaqin dildə azadliqini istəyən lakin azad olanda paxilliqdan partlayan , özümüzdən olan yel beyinlilərə belə izahatlar əsla lazim deyil . Onlara Allahi da versən razi sala bilməzsən . Fəzail bəyin xidməti , özünü bir az yaddan çixamasina izahat tapsa məsləhətli olar . Prezident düz etdi , yadda qalan məmurlari qələbəyə şərək etmədi

Xalq 2020-11-17 18:14:26

F.Ağamalı rus niyə Türk əsgərini qoymur Qarabağa hə? Bunda sonra da qoymayacaq, ona görə ki, Qarabağı ruslar işğal edib qələbəni bizdən oğurladılar

nə bilim 2020-11-17 17:55:05

Halaldı Fəzail müəllimə. Bir həftədi axtardığımız sualın cavabın tapıb. Mənim ağsaqqallara hörmətim, inamım var. Kişi deyirsə rus qoşunları gəlmiyiblər deməli gəlmiyiblər.

Veten dashi 2020-11-17 17:45:42

Təki siz deyən olsun ..Deyirsən yənİ rusun bir marağı yoxdur sadəcə humanizm göstərir.Biz A.Artunyana qatil deyirik onlar onu yuxarı başa çəkirlər...

Doğru 2020-11-17 17:42:35

YENƏ MƏDDAHLAR İŞƏ DÜŞÜB. HƏRƏ AĞLINA NƏ GƏLİR DANIŞIR. FƏZİ SƏN GET BAŞIN ÇIXAN İŞDƏN YAPIŞŞŞ. BAŞINI HƏR YERƏ SOXMA.

Vətəndaş 2020-11-17 17:37:20

Fəzail Ağamalı vlalahi-billahi Rus qoşunları yenidən Azərbaycana qayıdıb. Özü də Qarabağ ərazisinə. Çoxsaylı hərbi kontingent, uzaqvuran reaktiv artileriya ilə. başa düşürük ki, başqa variant mümükün olmayıb. Amma çıxış yolu Türk ordusunu Azərbaycana, özü də təkcə Qarabağa yox, ən azı üç bölgəmizə -cənub-İran, qərb-Ermənistan, şimal-Rus sərhəddi yaxınlığına yerləşdirməliyik.

t.ədalət 2020-11-17 17:21:40

Adnan Oktarın ideya yayıcılarından biri olan (vətəndaş nigahı) Fəzail Ağamalının fikirləri absurddur....

Oxucu 2020-11-17 16:44:37

Çox yekə .........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol