Menu

Moskvada virusdan ölənlərin sayı 8 mini ötdü

19.11.2020, 00:25
Moskvada virusdan ölənlərin sayı 8 mini ötdü

Moskvada son sutka ərzində koronavirusdan 73 nəfər dünyasını dəyişib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 8 082 nəfərə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək ümumilikdə 526 630 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 382 634 nəfər müalicə olunaraq sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol