“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”.
Bu barədə “Report”un sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru Elşad Hacıyev bildirib.
“İctimai yerlərə insanların daha çox olduğu - küçə, prospekt, park, məhəllədaxili yerlər daxildir. Başqa sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Yəni, iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur.
Qaydaların qapalı yerlərlə yanaşı, açıq hava altında olan istifadəsi məcburi xarakter daşıdığına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir”, - DİN əməkdaşı deyib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.


Şərhlər
SİZİN TƏRTİB ETDİYİNİZ QAYDALAR TAMAMİLƏ SƏHVDİR.EVDƏN ÇIXAN ŞƏXSLƏRİ MƏCBUR EDİRSİNİZ MASKA TAXSIN,ÇOX GÖZÖƏL .YAXŞI BU İNSANLAR NƏ VAXT TƏMİZ HAVA UDACAQLAR.SİZ SƏHV QƏRARINIZLA İNSANLARIN İMMUNİTETİNİ MƏHV ETDİYİNİZİN FƏRQİNDƏMİSİNİZ?BU XƏSTƏLİYİN QARŞISINIZIN ALINMASINDA ƏN FAYDALI OLAN TƏMİZ HAVADIR ONDAN DA İNSANLARI MƏHRUM EDİRSİNİZ.İNSAN OKSİGENİ UDUB KARBON QAZINI BURAXIR VƏ MASKA TAXIBSA YENƏ KARBON QAZINI UDUR.BUNUN NƏYİ SİZ BELƏ QƏRAR QƏBUL EDƏN ALİMLƏRƏ AYDIN DEYİL?MASKALARI AVTOBUSLARDA,QAPALI YERLƏRDƏ İSTİFADƏ EDƏRLƏR PARKDA ,TƏMİZ HAVADA YOX.MASKA MAFİYASINA İŞLƏMƏYİN,İNSANLARI BEZDİRMƏYİN.XƏSTƏLİK AĞZINA KİMİ D