PKK-nın “liderləri” ermənilərlə birlikdə döyüşdüklərini etiraf etdilər

PKK/KCK-nın qadın təşkilatının “liderlərindən” olan Layika Gültəkin ermənilərlə birlikdə döyüşdüklərini etiraf edib. Bu barədə “Haber Global” Türkiyənin Təhlükəsizlik Qüvvələrinə istinadla məlumat yayıb.

Məlumata görə, L.Gültəkin bu etirafı təşkilatın nəşrində edib.

“Biz Qarabağa gedib, erməni əsgərləri ilə birgə vuruşuruq. Ermənistan xalqı nə vaxt istəsə, həmişə onlarla birlikdə olacağıq”, - deyən təşkilat “rəhbəri” terrorçuların Azərbaycana qarşı mübarizə apardıqlarını bildirib.

Bununla da PKK terrorçularının Dağlıq Qarabağda Ermənistan hərbçiləri ilə bir sırada olduğu bir daha sübut edilib.

Mənbə bildirib ki, PKK/KCK terror təşkilatının Qarabağda Ermənistanın tərəfini tutmaqda əsas məqsədi rəsmi İrəvanın PKK-nı İraqın şimalında dəstək olmasına sövq etməkdir.

635x100

Şərhlər

Firdovsi 2020-11-28 23:20:34

Burdakı kürdlər vətən üçün döyuşdulər

t.ədalət 2020-11-28 18:35:29

Azərbaycandakı "zəngəzur"şiklər,görəsən niyə bu kürdlərə müraciət edib onları ermənilərlə işbirliyindən ayırmırlar?Axı, "həpsi kürd"-deyərək öz aralarında ayrı-seçkilik etməyən bu kürdləri ermənilərdən ayırmaq olar.Hanı Azərbaycan kürdləri?Sözdə bizə dəstək olduqlarını söyləyən bu adamlar yatıbmı,yoxsa sözlərinə sahib çıxa bilmirlər?

Son yazılar