Menu

Qubada şəhid olan hərbi qulluqçu dəfn edilib - FOTOLAR

29.11.2020, 14:19
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilib - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn edilib. Report-un məlumatına görə, 44 günlük Vətən Müharibəsində şəhid olan Səfərov Tamerlan Cavad oğlu bu gün doğulduğu Qubanın Səbətlər kəndində torpağa tapşırılıb.

Onun dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2020-11-29 15:01:52

Allah şəhidlərimizə rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol