Menu

Düşmən geri çəkilərkən əraziləri kortəbii şəkildə minalayıb

30.11.2020, 15:00
Düşmən geri çəkilərkən əraziləri kortəbii şəkildə minalayıb

“Ermənistana mina basdırılan yerlərin xəritələrinin təqdim olunması üçün müraciət etməmişik”.

Bunu “Report”a açıqlamasında Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibəsində düşmən ərazini tərk edən zaman kortəbii şəkildə həmin əraziləri minalayıb:

“Biz bunları nəzərə alaraq o xəritə ilə hər şeyin təhlükəsizliyinə tam təminat verə bilmərik. Həmin xəritələrə istinad edib, “minaları təmizləmişik” deməyimiz düzgün deyil. Ona görə də bu xəritələrə tam istinad etmək olmaz”.

Şərhlər

t.ədalət 2020-11-30 17:50:15

Bu minalama rus quldurməramlıların dəstəyi ilə aparılır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol