Menu

ABŞ Cənubi Koreyaya daha 11 hərbi bazanı təhvil verir

11.12.2020, 14:32
ABŞ Cənubi Koreyaya daha 11 hərbi bazanı təhvil verir

ABŞ Silahlı Qüvvələrinin tabeliyində olan 11 hərbi bazanın dekabrın 11-də Cənubi Koreyanın nəzarətinə təhvil verilməsi barədə razılıq ələ olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Koreya Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, 2019-cu ilin dekabrında ABŞ Cənubi Koreyaya istifadə edilməyən 4 hərbi bazanı qaytarmış və daha 13 belə məntəqəni təhvil verəcəyini bildirmişdi.

Bununla belə, tərəflər arasında bazalar qaytarıldıqdan sonra ətraf mühitin təmizliyinə sərf ediləcək maliyyə vəsaiti ilə bağlı razılaşma əldə olunmayıb. Bir müddət əvvəl ötən il qaytarılan 4 hərbi bazanın ərazisinin təmizlənməsinə iki il və 921 mln. ABŞ dolları xərclənəcəyi qeyd olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol