Menu

Qarabağda rus zabiti öldü - Ermənilərin basdırdığı minanın partlaması nəticəsində (Yenilənib)

18.12.2020, 23:31
Qarabağda rus zabiti öldü - Ermənilərin basdırdığı minanın partlaması nəticəsində (Yenilənib)

Rusiya ordusunun zabiti Dağlıq Qarabağda - Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olub. “Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

"17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb", - Müdafiə Nazirliyində bildirilib.

Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar erməni hərbçilər tərəfindən basdırılıb.

Şərhlər

t.ədalət 2020-12-19 22:50:35

Nə qədər çox ölsə o qədər xeyrimizədirİ .İşğalçıdan dost olmaz

Mirzə AĞ 2020-12-19 00:32:48

Deyirsiniz ki, başsağlığı verək?!

vətəndaş 2020-12-18 23:56:55

Ruslar Şuşada nə qələt edir ki???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol