Menu

"Məzənnə riski daha da kəskin xarakter alıb" - Maliyyə Nazirliyi

21.12.2020, 12:39
"Məzənnə riski daha da kəskin xarakter alıb" - Maliyyə Nazirliyi

“Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biridir olaraq qalmaqdadır. Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır”.

“Report” xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

“Bundan başqa, dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir”, - deyə layihədə qeyd olunub.

Şərhlər

Qulu 2020-12-21 18:25:25

Maraqlıdır ! Neft qiymətlərinin son 5-6 ayda durmadan yüksəlməsini enmək kimi qiymətləndirən şəxs(lər) nə ağılnan belə yazırlar? Bəlkə dövlət büdcəsini talamaq tempini aşağı salmaq lazımdır? 2-3 dənə Səhiyyə nazirlayi nəyə lazımdır? Tibbi sığorta yoxdur, amma tibbi sığorta NAZİRLİYİ (TƏBİB Müəllim) var. Gözəl offisi,bahalı maşınları ilə göz qamaşdırır, qılıncının dalı da qabağı da kəsir. Həm TƏBİBin həm də özəl klinikanın rəhbəri olmaq nə deməkdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol