Menu

Türkiyənin axtardığı PKK-çıları İŞİD vurdu, türklər tutdu

13.10.2014, 13:28
Türkiyənin axtardığı PKK-çıları İŞİD vurdu, türklər tutdu

Türkiyənin axtardığı iki PKK lideri Kobanidə İŞİD üzvləri tərəfindən vurulub. Türkiyəyə müalicəyə gətirilən PKK-çılar Türkiyədə həbs edilib. Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir Təhlükəsizlik Müdirliyi Suriyanın Kobani şəhərində İŞİD-ə qarşı vuruşan PKK üzvünü tutub. Yaralı PKK-çılar Türkiyəyə müalicəyə gələrkən həbs edilib.

Türkiyənin Hakkari bölgəsinə kürdlərə rəhbərlik edən “Rizgar” ləqəbli Selman Atəş Diyarbəkirdə, Diyarbəkir bölgəsinə rəhbərlik edən “Sofi” ləqəbli Səlahəddin Dilek isə Şanlıurfada tutulub.

Bu şəxslər Türkiyənin illərdir axtardığı terrorçulardandır. Onlar qaçırılan əsgər və polislərin bir hissəsinin edam edilməsi ilə bağlı əmrlər verib. Onlar Türkiyədə əsgər və polislərə qarşı həyata keçirilən hücumlara rəhbərlik etmiş şəxslərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol