Menu

"QARABAĞDA SON DƏRƏCƏ ÇƏTİN MƏSƏLƏLƏRLƏ ÜZLƏŞDİK..." - "Azərbaycan türklərinin mənfəətlərini qorumağa çalışırıq” + VİDEO

23.12.2020, 16:04
"QARABAĞDA SON DƏRƏCƏ ÇƏTİN MƏSƏLƏLƏRLƏ ÜZLƏŞDİK..." - "Azərbaycan türklərinin mənfəətlərini qorumağa çalışırıq” + VİDEO

“Şərqi Aralıq dənizindən Liviyaya, Suriyadan Dağlıq Qarabağa uzanan coğrafiyada son dərəcə çətin məsələlərlə üzləşdik. Qarşılaşdığımız təhdidlərin böyüklüyünə baxmayaraq, qardaşlarımızın şərəfini, ölkəmizin mənfəətlərini, əziz millətimizin haqq və hüququnu heç kəsə çeynətmərik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Türkiyənin maraqlarını müdafiə etmək üçün lazım olanda bədəlini ödədik, çətinlik çəkdik, ancaq zalımlar qarşısında əsla baş əymədik. Bu gün Türkiyə deyiləndə ağla ilk olaraq insanlıq, ədalət, heysiyyətli xarici siyasət gəlir. Ölkəmiz prinsipal, qərarlı və vicdanlı siyasəti ilə Afrikadan Asiyayadək bütün məzlum və günahsızlara ümid verir. Ay-ulduzlu al bayrağımız millətimizin bütün dünyada zülmə qarşı dik duruşunu təmsil edir”, - o qeyd edib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağda 30 ildir göz yumulan işğalına sona çatdırılmasına töhfə verib: “ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk qrupu 30 ildir bu məsələni həll edə bilməyib və azərbaycanlı qardaşlarımızı öz torpaqlarından qaçqın vəziyyətinə salıblar. Sonda azərbaycanlı qardaşlarımız öz göbəklərini özləri kəsdilər və ərazilərinə qovuşdular”.

“Qonşularımız başda olmaqla, heç kimin ərazisində və suverenliyində gözümüz yoxdur. Biz sadəcə ölkəmizin haqqına, hüququna, suverenliyə yönələn təhdidlərlə mübarizə aparırıq. Millətimizlə bərabər Kipr və Azərbaycan türklərinin mənfəətlərini qorumağa çalışırıq”, - Türkiyə Prezidenti bildirib.

“Boraltan faciəsinin günahkarları Qarabağ zəfərini həzm edə bilmirlər. Bu düşüncəyə sahib insanların rəhbərliyə altında olanda əlinə düşən bütün fürsətləri qaçıran Türkiyə, inşallah, bir daha eyni vəziyyətə düşməyəcək” - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmizin nə Şərqdən, nə də Qərbdən üz döndərmək niyyəti yoxdur. Avropa və ABŞ ilə münasibətlərimizi inkişaf etdirərkən türk dünyasını, Asiyanı, Latın Amerikasını, Afrikanı əsla gözardı edə bilmərik”, - o vurğulayıb.

Qeyd edək ki, Boraltan hadisəsi 1944-cü ildə baş verib. Rəsmi Ankara 100-dən çox azərbaycanlını SSRİ-yə təslim edib. Nəticədə onlar kommunist rejimi tərəfindən yerindəcə güllələnib.

Şərhlər

AZER 2020-12-24 18:50:24

Oxucu sən deyəsən bilirsən hamısını, de gəlsin

Əliyev A. 2020-12-24 18:42:18

Hörmətli Oxucu marağınız olsa bu yazını oxu http://ideologiya.az/2015/05/tankla-%C9%99zil%C9%99n-146-turk-qanli-erm%C9%99ni-xulyasi-getm%C9%99y%C9%99n-uz-qarasi-tarixin-sandigindan/

Oxucu 2020-12-24 00:59:25

Hörmətli ƏliyevA.! 146 insandan hər hansısa birinin adını və soyadını, güllələyən insanların ad və familyasını, Boraltan körpüsünün harada yerləşdiyini bilirsənmi?

B.Qarabağlı 2020-12-23 21:55:42

Sən demə, mərhəmətə qarşı satqınlıqlar az deyilmiş? Sayın Cənab R.T.Ərdoğan da, İzzətli prezidentimiz İ.H.Əliyev də dünya aləmi ilə nə qədər insani, mərhəmətli və hümanist münasibətlərə çalışsalarda, hələlik oxşar, sülhpərvər qarşılıqlar çox az görünür?

Əliyev A. 2020-12-23 17:26:10

Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 146 azərbaycanlını SSRİ-yə təslim etmək məcburiyyətində qalır. Ruslara təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər. Deyilənə görə, hərbi hissənin komandiri sarhədin o tayından bu tayında gördüklərinə dözə bilmir və intihar edir. Həmin azərbaycanlıların ölmədən öncə dedikləri ağı budur: Boraltan bir köprü, aşar geçer Aras’ı, Yuğsan Aras suyuyla, çıkmaz yüzün karası. Karası, karası, merhamet fukarası, Karası, karası, merhamet fukarası, Düşman bekler karşıda, önüne kattı beni, Can alınan çarşıda, kardeşim sattı beni. Dönüp seslendim geri, merhametsiz birine, Beni siz vursaydınız, şu gavurun yerine.

Əliyev A. 2020-12-23 17:22:42

Boraltan faciəsində Türkiye cumhuriyetini İsmrt İnönü idare emişdi.Onun qarabağ ermənisi olduğu bilfirilir, hətta mənbələr onun ölüm ayağında erməni əlifbasını söylediyi bildirilirtmiş

Cəmşid Dərələyəzli 2020-12-23 16:34:40

Tanrı sizi qorusun cənab Prezident. Daima Sizinlə qürur duymiuşuq. Allah Sizi qorusun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol