“BÜTÜN TƏLİMATLAR MOSKVADAN VERİLİR...” – Qarabağda ermənilərin silahlı təxribatlarının pərdəarxası

“Bu necə sülhməramlı qüvvələrdir, bölgəyə necə sülh gətirəcəklər ki, terrorçuları tərksilah etmirlər”

“Azərbaycan Ordusunun mövqelərinə hücum edən erməni təxribatçı dəstələri əsir görürülmədən məhv edilməlidir”

“Bu təxribatlarda Ermənistandakı rusiyapərəst qüvvələrə bağlı hərbi birliklərdən istifadə olunur

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

"Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir", - nazirliyin məlumatında deyilir.

10 noyabr razılaşmasından sonra bu artıq Azərbaycan Ordusuna qarşı həyata keçirilmiş ikinci genişmiqyaslı hücumdur. Hər iki cəhddə düşmən məhv edilsə də bu, Dağlıq Qarabağda proseslərin Azərbaycanın maraqlarına uyğun şəkildə getmədiyinin bariz göstəricisidir.

Çünki üçtərəfli razılaşmanın Azərbaycan üçün ən vacib maddəsi - bölgədəki bütün silahlı qrupların tərksilah edilərək ərazidən çıxarılması yerinə yetirilmir. Bu işi həyata keçirməli olan Rusiya sülhməramlıları isə ermənilərin köçürülməsi, onların sosial qayğılarının həll olunması, bölgədə mülki və hərbi infrastrukturun qurulması ilə məşğuldur.

Bu fəaliyyətlər yerinə yetirilən zaman Azərbaycan cəmiyyətini hiddətləndirən fotolar da nümayişkəranə şəkildə yayılır. Rusiya sülhməramlıları cinayətkar separatçılarla, onların bayrağı altında tədbirlər həyata keçirib, mərhəm münasibətlərdə olduqlarını göstərirlər.

Azərbaycanın hadisələrə reaksiyası hələlik məhdud şəkildədir - ancaq baş vermiş hadisəyə uyğun münasibət bildirilir.

Rusiya sülhməramlılasrınından separatçıların himayə etməsinə, silahlı qrupların Dağlıq Qarabağdan çıxarılmamasına dair rəsmi Bakının etirazları geniş ictimaiyyətə açıqlanmır...

Sərdar Cəlaloğlu: "Rusiya bölgəyə əlavə qüvvələr yerləşdirməyə zəmin hazırlayır"

ADP sədri Sərdar Cəlaloğlu "AzPolitika.info"-ya şərhində bildirib ki, Dağlıq Qarabağda baş verən bütün hadisələrin, o cümlədən, erməni silahlı dəstələrinin arxasında Rusiya dayanır.

"Xatırlayırsınızsa, bu günlərdə Laçın dəhlizi vasitəsi ilə bir neçə maşın silahlı Dağlıq Qarabağa gətirlmişdi. Azərbaycan Ordusu onlara mane olmaq istədi, amma sülhməramlılar imkan vermədi. Əlbəttə, burada Ermənistandakı rusiyapərəst qüvvələrə bağlı hərbi birliklərdən istifadə olunur"-deyə partiya sədri vurğulayıb.

S. Cəlaloğlu hesab edir ki, burada məqsəd bölgəyə əlavə qüvvələrin yerləşdirilməsi üçün zəmin hazırlansından ibarətdir: "Atəşkəsin pozulması, qan tökülməsi bu ssenarini həyata keçirmək üçün təşkil olunub".

ADP sədrinin sözlərinə görə, Dağlıq Qarabağda baş verənlərə Azərbaycanın reaksiyası çox zəifidir. O vurğulayıb ki, Azərbaycan üçün olduqca təhlükəli proseslərin getməsinə rəğmən Xarici İşlər Nazirliyi özünü laqeyid aparır: "Hazırda Dağlıq Qarabağla bağlı Rusiya ilə Ermənistan, Fransa və sair ölkələr arsasında intensiv danışıqlar aparılır. Amma Azərbaycan bu müzakirələrdə yoxdur. Sanki söhbət başqa bir ölkənin ərazisindən gedir. Belə olmaz, dövlət gərək, bütün hadisələrin mərkəzində dayansın".

Bakının zəif reaksiyasının səbəblərinə gəlincə ADP sədri bunu ölkədəki Rusiyapərəst qüvvələrin güclü olması ilə izah edir: "Ölkədə, o cümlədən hakimiyyət daxilindəRusiyaya bağlı olan qüvvələr həddindən artıq fəaldırlar. Biz, milli- demokratik qüvvələr zəifik göstəririk. Partiya sədrlərinin reaksiyasına baxın, ikibaşlı, qorxaq açıqlamalar verirlər".

S. Cəlaloğlu hesab edir ki, Dağlıq Qarabağda Azərbaycan üçün çox təhlükəli oyunlar gedir. Partiya sədrinin sözlərinə görə, Bakı proseslərin mərkəzində rol almalı, suvernliyimizə yönələn təhdidlərlər bağlı sistemli fəaliyyətə başlamalıdır.

Elxan Şahinoğlu: "Bakı Türkiyə sülhməramlılarının bölgədə varlığını mütləq mənada təmin etməlidir"

Politoloq Elxan Şahoinoğlu "AzPolitika.info"-ya bildirib ki, Dağlıq Qarabağda meşələrdə gizlənən silahlı qrupların, Azərbaycan Ordusuna qarşı hücumlar həyata keçirməsi təsadüfi ola bilməz: "Bu hadisələr hansı terrorçu qrupların özfəaliyyəti də deyil, idarə olunan prosesdir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl separatçıların "təhlükəszilik şurasının katibi" Balasanyan demişdi ki, Xocavənddə və başqa istiqamətlərdə hərbi əməliyyatlar həyata keçirəcəyik.

Bu da elə həmin siyasətin tərkib hissəidir. Mümkündür ki, bu təxribatlardan Paşinyanın xəbəri olmasın. Çünki ona sakitlik lazımdır, Azərbaycanla yeni müharibə ona lazım deyil. Ermənistanın buna potensialı da yoxdur, 44 günlük müharibədə çoxsaylı canlı qüvvə və hərbi texnika itirib. Amma Ermənistanda Paşinyana müxalif olan qüvvələrdən belə hərbi toqquşmalarda maraqlı olan qüvvələr ola bilər".

Politoloq qeyd edib ki, baş verənlər 90-cı illərin proseslərini xatırladır: "O zaman Ermənistanın prezidenti Levon Ter-Petrosyan Tehranda Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla atəşkəs sazişi imzaladıqdan bir gün sonra Şuşa şəhəri işğal olunmuşdu. Çünki Dağlıq Qarabağdakı hərbi qruplar onun əleyhinə getdilər. İndi də ola bilsin, Paşinyanın əleyhinə belə qruplaşmalar var".

E. Şahinoğlu hesab edir ki, Rusiya separatçıları siyasi və hərbi cəhətdən himayə edir: "Bu işin arxasındsa Rusiyadakı müəyyən siyasi və hərbi mərkəzlər dayana bilər. Olmasa belə biz Rusiya hakimiyyətindən soruşa bilərik ki, bu necə sülhməramlı qüvvələrdir, bölgəyə necə sülh gətirəcəklər ki, meşədə gizlənən terrorçuları tərksilah etmirlər. Nəinki tərksilah, onlarla birlikdə fotolar çəkdirir, bayraqları altında çıxışlar edirlər. Bunlar o anlama gəlir ki, Rusiya bu məsələni həll etməyəcək, Azərbaycan özü problemə son qoymalıdır.

Bunun üçün Türkiyə sülhməramlılarının bölgədə varlığını mütləq mənada təmin etməlidir. Bu baş verməsə, belə təxribatlar davam edəcək. Müharibə ehtimalı olmasa da, Azərbaycan Ordusu antiterror əməliyyatlarını davam etdirməli olacaq".

Politoloq Azərbaycan Müdafiə Nazirliyinin bu günki bəyanatını da dəyərləndirib: "Bəyanatda yer alan bir cümlə ilə razı deyiləm. Qeyd olunur ki, belə hallar olsa, cavab veriləcək. Əslində bu cür təxribatları önləmək üçün antiterror əməliyyatlarınl genişləndirmək lazımdır. Sonuncu erməni terrorçusu tərksilah edilənə qədər proses davam etməlidir. Hazırda Dağlıq Qarabağda 5-10 min arası erməni hərbçisi var, Rusiya onları tərksilah etmək istəmir. Ona görə də Azərbaycan Türkiyənin dəstəyi ilə bu işi həyata keçirməlidir".

Ərəstun Oruclu: " Rusiya Ermənistanı yeni müharibəyə hazırlayır"

Politoloq Ərəstun Oruclu da hesab edir ki, Qarabağda son günlər baş verənlər "sülhməramlıların" hansısa özbaşınalığı və ya başqa bir şey yox, Azərbaycanın suverenliyinə qarşı aparılan sistemli və planlı fəaliyyətin təzahürləridir.

"Buna başqa sözlə "sürünən müharibə" də demək olar. Amma çox təəssüf ki, Azərbaycanda bu haqda rəsmi dairələrin mövqeyini əks etdirən açıqlama verilmir. Halbuki rus ordusu tərəfindən açıq himayə onunan erməni təxribatçıları Azərbaycana qarşı həm ideoloji, həm də silahlı mübarizəni günü-gündən gücləndirirlər. Artıq şəhid və yaralananlarımız da var"-deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Qarabağdakı "sülhməramlılar"ın komandanlığı heç bir halda öz istəyilə bir addım da ata bilməz: "Bütün təlimatlar Moskvadan verilir və Rusiyanın geosiyasi planlarına xidmət edir.

Mövcud vəziyyətdə Azərbaycan hakimiyyətinin hələlik addım atmaması məsləyə siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının münasibət bildirməsini diqtə edir. Təəssüf ki, burda da vəziyyət ürəkaçan deyil".

Ə. Oruclu vurğulayır ki, digər bir məsələ bu gün ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən Türkiyə ilə hərbi müttəfiqlik haqqında müqavilənin imzalanmasının gecikdirilməsidir: "Burda da vəziyyət yaxşı deyil, iki ölkə arasında hərbi tərəfdaşlığının açıq şəkildə sabotaj olunduğu görünür. Rusiya isə Ermənistanı yeni müharibəyə hazırlayır. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan Sünik (Zəngəzur) bölgəsinə qarşı təcavüzə əl atsa təkcə Ermənistanın deyil, Rusiyanın da hərbi təpkisi ilə üzləşəcək.

Beləliklə, Ermənistan artıq təkcə yeni hərbi qarşıdurmanın ünvanı göstərməklə kifayətlənməyərək Rusiyanın da həmin qarşıdurmada iştirak edəcəyinin anonsunu verir. Bunu da o, heç vaxt Kremlin xeyir-duası olmadan edə bilməz".

Ə. Orculunun sözlərinə görə, belə şəraitdə Azərbaycanın manevr imkanları məhdudlaşır və indi ata biləcəyimiz 3 mühüm addım var:

"1. Azərbaycan Ordusunun mövqelərinə hücum edən erməni təxribatçı dəstələrinin əsir görürülmədən məhv edilməsi;

2. Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxarılması tələblərinin gücləndirilməsi;

3. Azərbaycanla Türkiyə arasında geniş hərbi tərəfdaşlığın sürətləndirilməsinin tələb olunması.

Birincini Azərbaycan ordusu, ikinci və üçüncünü isə Azərbaycan xalqı etməlidir. Hər üç addım da sinxron şəkildə atılmalıdır. Bu məsələdə bizə müharibə dövründə olduğu kimi xalq-ordu birliyi lazımdır. Çünki müharibə hələ də davam edir".

E. Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Sərxan 2020-12-29 19:36:43

hər bir yaramazlığa zamanında reaksiya verməlik.İşlər yaxşı getmədiyi bəlli olduğu halda Rusiyaya nə Nota,nə xəbərdarlıq nə də xahiş göndərilir. Bizimkilər niyə susur?

Hesabdar 2020-12-29 13:20:04

Dərrakəli siyasətçilər bilir ki, Yuxarı və Aşağı Qarabağları da işğal etdirənlər, (SSRİni buraxdıran) Kremlin YAN mafiyası və onun Azərbaycandakı əshabələri olub! Yeddi milyonun vətəndaşın hüquqları azərilərin hərbi genosidi ilə üç milyon millətçi erməniyə verilməsi də ərazi münaqişəsi adlandırılıb? Hər iki cümuhürriyyətin yaranma sənədlərində ərazi rəqəmləri-Ermənistan təqribən 9 min kv km, Azərbaycan-təqibən t39 min kv km dəqiq göstərilib! Ərazi iddiası heç nəyə əsaslana bilməz və qarşısı kəskin tədbirlərlə alınmalı idi? BMT TŞ də bu qəti-haqlı qərarı verib!!!

Roma 2020-12-29 11:25:27

t. ədalətə: bəli Sizinlə tam razıyam, Rusiya və onun dövlət başçısı birmənalı olaraq erməninin tərəfini tutur və vəziyyəti elə fırladacaqlar ki, Qarabağ Azərbaycanın tabeliyindən çıxsın. Rusiyanın məqsədi və məramı bundan ibarətdir...

Mirzə Qafarlı 2020-12-29 08:00:00

Qardaş Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatları bizim ordu Qarabağda aparmalıdır. Yəni, silahlı erməni görərkən dərhal zərərsizləşdirilməlidir! Belə olan halda ermənistanın ağlı başına gələr.

OQTAY 2020-12-29 01:18:14

2021-ci ildede,TURAN devleti qurlacaq ve onun Boyuk Ordusu yaranacaq!!!! INSAALLAH!!! AMIN!!!Allah Boyuk Turk Dunyasinin Lideri Reisimiz R.T.Erdoqana can saqliqi versin ve bu isde yardimci olsun!!!

OQTAY 2020-12-29 01:14:21

E.Rustemli,1-ci Xalq olaraq Bas Komandanimizin etrafinda mohkem birlesmeliyik!!!2-ci ise Xalq,Millet olaraq ,ozumuz birlesmeliyik,bir olmaliyik,herenin aqzindan curbe -cur fikirler cixmamalidir3-cusude 1 ve 2-ci nezere alaraq Qehreman Ordumuz oz isini,Aslan kimi gorecek!!!Birlik zamani gelib,Bizim hamimizin Bir devleti var,ona gorede Bir olmaliyik!!!!Biz Bir olduqda Boyuk Azerbaycanda,tezlikle QURULACAQ!!!Cenub,Qerib,Simal daxil olmaqla(Irevan,Iran ve Borcali)

Eli 2020-12-28 23:38:19

İndi biz Dövlet ve millet olaraq Azerbaycanın erazi bütövlüyünü temin etmekle ondan da artıq bir nailiyyete mail olduq-Milli Birliye .Bu biz tarixdr çox az az hallarda qisöet olur. şz nu birliyi qqoruy. işlerimizi qetiyyetle axıra çatdormalıyıq Bizi başqa golumuz yoxdur Tebii ki qardzş Türkiyye ile birlikde.

Eli 2020-12-28 23:08:38

Amerikanın börmetli prezidentlerinden olan Reyqamım nir sözü var:Siyaset fahişelikden sonra 2-ci qedim peşedir.Görmedik MQ hemsedrlerini xüsusen Fransa ve onun seviyyesiz prezidendini.İndi reallıq ondan ibaretdir ki, Qarabağ meselesinin hellinde Rusiyya atılıb ortaya amma hemin dewiqe de Türkiyye kişi kimi dedi ve eledi ki be mesele mensiz hell olmayacaq bu sözü o birinci günden deyir.Men inanırzn ki o Kişi Milletdir Qardaşdır ve bizi meydandd tek qoymaz.Çünki rusdan dlave hele bizi istemeyen Fransa ,İran ve s.var.

Pısı 2020-12-28 22:59:20

Rusiyani allah yer uzunden silsin ne isteyirler bu bizim insanimizdan 200 ildi bu qeyretsizler

Eli 2020-12-28 22:57:55

İndi biz Rusiyyaya ve onun istenilem seviyyede olan rehberine etibar etseydik daha niye qardaş Türkiyye ile elaqelerimizi derinleşdirirdik.Bu elahezret faktı he ç kim dana bilmez Uşaq da bilir ki son iki yüz ilde başımıza getirilen bütün müsunetlerin başında mehz onlar ve onların bize muselman türklere qarşı olan amansız Allahsız siyasetleri dayanır.Tekce Qarabağ meselesini ve 20 yanvar be Xocslı hadiselerini yada salmaq kifayetdir

Xalq 2020-12-28 22:52:34

Ə.Oruclunun 3 addımını dəstəkləyirik. Əgər rusun qabağına çıxmasaq Azərbaycan dövlətçiliyi əldən gedər. Təcili Türk bazaları qurulmalıdır burada!

OQTAY 2020-12-28 22:52:27

Putin,cinayatkar rejimin yaradicisidir.O utopiya,fantastik xestedir,bele ki,SSRI-ni yaratmaq xeyalina dusub! Ermenistan,Qarabaq muharibesinde tam eline dusdu ve Daqliq Qarabaqa dqa-duqalari yiqmaqla fikirlesir ki,Azerbaycani oz tesiri altina alacaq,amma bilmir ki,Ulu Donderin oqlu Ilham Eliyev cenablari,cox guclu,qorxmaz siyasetcidir!!!Putin ise koku

Eli 2020-12-28 22:45:31

Azerbaycanda Dövlet be onun vicdanlı vetenperver memurları istenilen ranqda ve vetendaşlarının 99%-i bir aksiomanı bilir be qebul edir ki heç kim ne Rusiyya dövletine ne de onun istenilen rznqda olan memuruna inanmır ve etibar etmir.Bunu onların prezidenti Putin de son musahibelerinin birinde etiraf etdi ki Azerbaycanın Türkiyyeni özüne yaxın siyasi herbi iqtisadi diplomatiq terefdaş seçmesi onun öz hüququ ve seçimidir ki bu SSRİ-nin dağılmasından sonra olan reallıqdır

t.ədalət 2020-12-28 19:33:38

Harda Putinin adı var orda xəyanət və təxribatlar şəksizdir.Sülh müqaviləsinin əvəzində "Putinskaya atəşkəs" imzalanan yerdə dəhşət mütləq var.Biz Rusiyanın mövqeyini dünyaya faş etməliyik.Bizim əzəli düşmənimiz Rusiyadır.

boris 2020-12-28 18:42:54

"sülhməramlılar" bizə müharbə hazırlayır,bizimkilər yatır

Amon 2020-12-28 18:35:56

Azpolitikaya tesekkur eliyirem bir vetendas olaraq sizden basqa hec bir sayt rusiyanin qarabagdaki texribatlariyla bagli sesini cixartmir herseyi yixirlar ermenilerin uzerine.ermenilerin silahli destelerini de orda saxlayan rusiyadi onlari orada maliyyelesdirende biz cemiyyet olaraq bunu bilirik jurnalistler deputatlar bilmir guya

Amon 2020-12-28 18:35:55

Azpolitikaya tesekkur eliyirem bir vetendas olaraq sizden basqa hec bir sayt rusiyanin qarabagdaki texribatlariyla bagli sesini cixartmir herseyi yixirlar ermenilerin uzerine.ermenilerin silahli destelerini de orda saxlayan rusiyadi onlari orada maliyyelesdirende biz cemiyyet olaraq bunu bilirik jurnalistler deputatlar bilmir guya

ŞAHİN 2020-12-28 18:06:21

BUNU BİLİRİKSƏ NİYƏ BİZİM XİN .PREZİDENT APARATI, SUSUR? BİZİM DAXİLİ MƏTBUATDA YAZMAQLA HEÇ NƏYƏ NAİLOLMAQ OLMAZ.DƏRHAL MÜVAFİQ QURUMLAR İŞƏ QARIŞMALIDIRLAR.

Kaku 2020-12-28 17:48:05

Turkiyenin bazasini olkemizde qurmasaq her zaman bele olacaq rus imkan vermiyevek bu bolgede sabitlik olsun

Son yazılar