Son bir neçə ildə Misirin yüksək səlahiyyətli nümayəndə heyətinin Liviya paytaxtına ilk səfəri zamanı ötən həftə Qahirənin nümayəndələri ilə Liviya Milli Razılıq Hökumətinin (MRH) rəsmi şəxsləri arasında danışıqlar baş tutub. Danışıqların əsas məqsədi iki qonşu ölkə arasında «uzun müddətli yadlaşma mərhələsindən sonra» maneələrin aradan qaldırılması və münasibətlərin bərpasından ibarət olub. Bu barədə dekabrın 28-də «Libyan Express» portalı xəbər verib.
Misir nümayəndə heyətinin son 6 ildə Tripoliyə etdiyi bu səfər zamanı xarici işlər naziri Mohəmməd Sialın, prezident şurası başçısının müavini Əhməd Maytekin Liviya MRH xarici işlər naziri Fəth Başaq arasında görüşləri olub.
Hər iki tərəf üçün mühüm məsələlər müzakirə olunub: atəşin dayandırılması üzrə sazişə dəstək, Liviya birgə hərbi komissiyası («5+5») və Liviya siyasi dialoq forumunun fəaliyyətinin nəticələri nəzərdən keçirilib.
Qahirə və Tripoli iki ölkə arasında hava nəqliyyatının bərpası və Misir aeroportlarının Liviya təyyarələri, dəniz limanlarının Liviya gəmiləri üçün açılması, bu ölkələr arasında kommersiya dövriyyəsinin bərpası məsələlərini müzakirə ediblər.
Portalın məlumatına görə, həm də Misir səfirliyinin «mümkün qədər tez bir zamanda» Tripolidə fəaliyyətinin bərpası barədə razılıq əldə olunub.
Qeyd etmək yerinə düşər ki, Misirin indiki hakimiyyəti günümüzə qədər Liviyada qiyamçı marşal Xəlifə Həftara hərtərəfli dəstək verib. Həftar isə Liviyanın qanuni hökuməti (Liviya MRH) ilə müharibə aparır.

Bir neçə gün bunda əvvəl «AzPolitika.info» saytında dərc olunmuş «Makronun gədəsi, Həftarın hədəsi» başlıqlı məqalədə yazmışdım ki, Liyiyanın mərhum prezidenti Müəmmər Qəddafini Suriya prezidenti Bəşər Əsədin köməyi ilə Fransa prezidenti Nikola Sarkozi məhv etdi, Həftarı isə Misir prezidenti əs-Sisinin yardımı ilə Fransa prezidenti Makron aradan götürəcək - izləri itirmək məqsədilə. Deyəsən, bu «proqnoz» artıq reallaşmaq üzrədir…
Mirzə AĞ
AzPolitika.info


Şərhlər