Menu

Ərəb ölkələri Qətər ilə böhrana son qoyulması barədə saziş imzalayıb

05.01.2021, 18:30
Ərəb ölkələri Qətər ilə böhrana son qoyulması barədə saziş imzalayıb

Tərkibinə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanının daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının (GCC) iştirakçıları Səudiyyə Ərəbistanının Əl-Üla şəhərində keçirilən zirvə toplantısında Qətərlə diplomatik böhrana son qoymaq barədə saziş imzalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, görüşü “Al Arabiya” telekanalı canlı yayımlayıb.

Yanvarın 4-də Küveyt xarici işlər naziri şeyx Əhməd Nasser əs-Sabah tərəfindən elan edilən barışıq sazişi Doha ilə münasibətlərin normallaşdırılmasına istiqamətlənib və blokadanın aradan qaldırılmasını, Qətərlə hava məkanının, dəniz və quru sərhədlərinin açılmasını təmin edir.

Şərhlər

Seyid Ənhu 2021-01-05 21:23:27

ALLAHA ŞÜKÜR OLSUN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol