Vətən Müharibəsində Ermənistan ordusuna aid texnikanın Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı müasir PUA-larla məhv edilməsinə dair yeni görüntülər yayılıb.
Bu barədə “Caliber” layihəsinin “Telegram” kanalında paylaşım edilib.
Videoda ordumuza aid “Harop” pilotsuz uçuş aparatının Ermənistan silahlı qüvvələrinin S-300 HHM sistemini məhv etməsi əks olunub.


Şərhlər
Mən buna ermənistan ordusunun deyil,Rusiya silahının basılması kimi baxıram.Rusiya ilk dəfə bu qədər məğlub oldu.Sivil adamlarımıza atılan raketləri ilə belə bizi qorxuda bilməyən Rusiya,hələlik məğlubiyyətin xofundan çıxa bilmir.Hazırda terrorla məşğul olduğu ərazilərdə--Moldova,Gürcüstan və Ukrayna ərazilərində bu məğlubiyyətin nəticəsində tifaqı dağılır.