Menu

Sərnişindaşıma ilə məşğul olan sahibkarlara güzəştlər nəzərdə tutulub

07.01.2021, 11:48
Sərnişindaşıma ilə məşğul olan sahibkarlara güzəştlər nəzərdə tutulub

Yanacağın qiymətinin artması səbəbindən rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub.

Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, yanvar ayının sonuna kimi hökumət tərəfindən kompensasiyaların hansı formada veriləcəyi açıqlanacaq:

“Avtobuslarda gedişhaqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. Əksinə avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub. Benzin yanacağı daha çox şəxsi avtomobillərdə olduğu üçün, bu istehsal bazarında qiymət artımına səbəb olmayacaq. Əksinə deyərdim ki, ictimai nəqliyyatdan istifadəni daha çox stimullaşdırmış olacaq”.

N.Allahyarova əlavə edib ki, taksilərdə süni qiymət artımına qarşı müvafiq addımlar atılacaq: “Bu məsələyə nəzarət gücləndiriləcək”.

Şərhlər

Azər 2021-01-07 13:31:06

Yaxşı əgər BNA-nə.taksi sürücülərinə,kənd təsərrüfatılnda nəqliyyat vasitələri sahiblərinə yanacağın qiymətinin artırılması ilə əlaqədar güzəştlər ediləcəksə onda Tarif şurası sadə vətədaşlara qənim kəsildiyi ortaya çıxmır?Belə şura niyə insanların cibinə zorla girir.Bəs hökumət hara baxır? Vətəndaşların indiki ağır vəziyyəti niyə onları maraqlandırmır.Tarif şurasına belə özbaşınalığa kim imkan verir? Yenə 5-ci kolon?Bəs bu insanların vəziyyəti kimi maraqlandırmalıdır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol