Menu

"YAŞAT" Fondu komandasının üzvləri müəyyənləşib - SİYAHI

08.01.2021, 12:48
"YAŞAT" Fondu komandasının üzvləri müəyyənləşib - SİYAHI

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu ("YAŞAT" Fondu) komandasının üzvləri məlum olub.

"Report" xəbər verir ki, komandanın üzvləri aşağıdakılardır:

Elşad Haşımov Bahadır oğlu (Qarabağ qazisi);

Nəbi Şükürov Balakişi oğlu (Qarabağ qazisi);

Şahin Musavi Saleh oğlu (Şəhid Saleh Musayevin oğlu);

Elvin Mirzəyev İlqar oğlu (Milli Qəhrəman İlqar Mirzəyevin oğlu);

Əliağa Zeynalov Əsgərağa oğlu (Qarabağ qazisi);

Suma Qubadbəyli Ağabala qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı);

Könül Hüseynli İsmayıl qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı);

Samida Abdalova Nadir qızı (Xüsusi Təyinatlı Qüvvələrin qazisinin həyat yoldaşı);

Elşən Abdullayev Mehman oğlu (Şəhid Mehman Abdullayevin oğlu).

Qeyd edək ki, Qarabağ qazisi Elvin Hüseynov "YAŞAT" Fonduna rəhbər təyin edilib. Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib.

Beləliklə, "YAŞAT" Fondu komandasının üzvlərinin sayı 11 nəfər müəyyənləşib.

Şərhlər

Seyid Ənhu 2021-01-08 14:13:40

Nə gözəl seçimdir. Və çox təəccüb edirəm. Biz həmişə qaniçənləri, korrupsionerləri, harınları, millətimizə qənim kəsilənləri bir arada görmüşük axı. Biz belə yaşamağa alışdırılmışıq axı. İndi bu saf insanları bir arada görəndə təəccüb etməyək bəs nə edək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol