“Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlığımızı inkişaf etdirəcəyik” - Türkiyə XİN başçısı
Baxiş sayı:
Dərc olunub:
13/01/2021 - 14:18
Pakistanın xarici işlər naziri Şah Mahmud Hüseyn Qureyşi ilə Maarif Vəqfinin fəaliyyəti haqda memorandum anlaşmasını imzaladıq.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.
Türkiyəli nazir qeyd edib ki, ölkələr arasında əlaqələri gücləndirəcək 71 maddəlik yol xəritəsi də müzakirə edilib.
“Ticarətimizi gerçək potensialına çatdıracağıq. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı inkişaf etdirəcəyik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.
Qeyd edək ki, bu gün İslamabadda Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının görüşü keçiriləcək.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.