Avstraliya AstraZeneca peyvəndindən imtina edir – Effektliliyi aşağıdır

Covid-19 əleyhinə anqlo-isveç şirkətinin «AstraZeneca» vaksini kollektiv immunitet yaratmaq üçün yetərincə effektli deyil, ona görə də bu vaksini milli peyvəndləmə kampaniyasından çıxartmaq lazımdır. Bu çağırışla Avstraliya-Yeni Zelandiya immunoloqlar cəmiyyəti (ASİ) hökumətə müraciət edib.

Bu barədə yanvarın 13-də «9News» telekanalının efirindən Monaşa adına Universitetin elmi əməkdaşı Mişel Ananda-Raca xəbər verib.

«Kollektiv immunitet formalaşdırmaq çox vacibdir, nədən ki, məhz o, son nəticədə virusun sirkulyasiyasını dayandıracaq və normal həyata qayıtmaqda bizə kömək edəcək. Problem ondadır ki, biz, «AstraZeneca» vaksininə əhəmiyyətli dərəcədə ümid edirik və avstraliyalıların böyük əksəriyyəti məhz onunla peyvənd ediləcək. O zaman vaksinin effektliliyi heç olmasa, 70 faiz və ya 80 faiz olmalıdır» - Mişel Ananda-Raca bildirib.

Xanım-mütəxəssis qeyd edib ki, «AstraZeneca» vaksininin effektliliyi yalnız 62,1 faiz təşkil edir. İmmunizasiya barədə milli strategiyaya yenidən baxılması məsələsi ilə ASİ də razılaşıb.

«Bu, vaksin deyil ki, aşağı keyfiyyətinə görə mən ondan istifadə edəm. Kollektiv immunitet formalaşdırmaq prosesində bu preparata ümid bağlamaq olmaz» - ASİ-nin prezidenti professor Stiven Terner deyib.

Avstraliyanın Baş sanitariya həkimi Pol Kelli isə onunla razı deyil və qeyd edib ki, aşağı keyfiyyətinə görə bu vaksinin effektsizliyi hazırda əsaslandırılmayıb. «Bu gün bizim seçimimiz onunla şərtlənir ki, bu vaksini burada, yerində istehsal etmək olar. Bu imkan verəcək ki, artıq bu il immunlaşdırmanı maksimal əhatə edək və insanların həyatını qoruyaq» - Kelli bildirib.

Avstraliya hökumətinin sifariş etdiyi vaksinin ümumi həcmi hazırda demək olar, 140 milyon dollar təşkil edir. İmmunlaşdırma pulsuz və könüllü olacaq. Başqa vaksinlərin alınacağı da planlanır.

Preparatların alınmasına və isehsalına çəkiləcək xərcin həcmi 2,5 milyard dollar təşkil edəcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar