Menu

Şuşa istiqamətində hərbçilər qəzaya düşüb - 1-i ölüb, 2-si yaralanıb

14.01.2021, 12:11
Şuşa istiqamətində hərbçilər qəzaya düşüb - 1-i ölüb, 2-si yaralanıb

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib. Hadisə nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol