Ərdoğan COVID-19-a qarşı peyvənd edilib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, dövlət başçısına Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

Qeyd edək ki, Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib. Ötən gün Türkiyənin səhiyyə naziri Fahrettin Koca və bir sıra şəxslər koronavirusa qarşı peyvənd edilib. Bu gündən etibarən isə bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.

Ö. Çelik qeyd edib ki, bu gün AKP-nin növbəti iclası başa çatdıqdan sonra Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq.

635x100

Şərhlər

Xalq 2021-01-14 21:59:55

Can sağlığı, uzun ömr bəxş eləsin Allah Sizə!

Vətəndaş 2021-01-14 21:19:39

Vəzifəlilərə varlılara vitamin vurub reklam edəcəklər ki vaksindir

Son yazılar