Menu

Ədliyyə Nazirliyinin əməliyyatlarından büdəcəyə 43 milyon manat köçürülüb

15.01.2021, 22:15
Ədliyyə Nazirliyinin əməliyyatlarından büdəcəyə 43 milyon manat köçürülüb

2020-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 1 800-dək qanunvericilik aktı layihəsi hazırlanıb. “Report”un məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videkonfrans formatında keçirilən kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, ötən il 3 300-ə yaxın akt hüquqi ekspertizadan keçirilib, 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib, 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb.

Bu əməliyyatlarla bağlı 7 milyon manat vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 36 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol