Menu

KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?

16.01.2021, 15:18
KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?

"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri Vidadi Muradovun yeyinti faktlarına görə həbsi Azərbaycanda korporativ idarəetmə prinsiplərinin işləmədiyini, səlahiyyət bölgüsünün ən yaxşı halda deklorativ xarakter daşıdığını bir daha göstərdi".

“AzPolitika.info" xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev korrupsiya cinayətlərinə görə vəzifəli şəxslərin həbs edilməsini dəyərələndirərkən bildirib.

Ekspert 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə iddiası ilə həbs edildiyini xatırladır: "Habuki hər üç dövlət qurumunun Müşahidə Şurası (MŞ) var və onun sədrin fəaliyyətinə nəzarət etmək öhdəliyi var. Ancaq baş verənlər göstərir ki, sədr vəzifəsini icra edən şəxs sərbəst şəkildə öz iradəsinə uyğun qərarlar verib. MŞ isə kənardan passiv müşahidə etməklə kifayətlənib".

S. Əliyev KİVDF-nin Nizamnaməsinə görə, MŞ-nin səlahiyyətlərini xatırladıb:

"- Fondun vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;

- Fondun İcraçı direktorunun təqdimatına əsasən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə, onun illik xərclər smetasının layihəsinə və balansına baxır;

- Fondun vəsaitindən istifadə edilməsi ilə bağlı Fondun İcraçı direktorunun illik hesabatlarına baxır və rəy verir və s.

Nizamnaməyə görə, Şura doqquz üzvdən ibarətdir. Onların 3 üzvü KİV-i, 3 üzvü jurnalist təşkilatlarını, 3 üzvü isə müvafiq dövlət orqanları təmsil edir. 

Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Deməli, Şuranın ildə ən azı 4 dəfə icraçı direktordan hesabat tələb etmək imkanı olub. Görünür hər şey formal xarakter daşıyıb".

Ekspertin sözlərinə görə, Yeni yaradılmış Medianın İnkişafı Agentliyi korporativ idarəetmə prinsiplərinə əsasən qurulub.

"Söhbət kənar auditin MŞ tərəfindən seçilməsindən gedir. KİV DF-də auditi də icraçı direktor məyyənləşdirirdi. Agentlyin necə işlədiyini, korporativ idarəetmə prinsiplərinə nə dərəcədə riayət edəcəklərini isə zaman göstərəcək"-deyə Samir Əliyev vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Veteran 2021-01-21 11:10:59

Hara baxacaq?Yəqin onunla əlbir olublar.

Sami 2021-01-16 20:34:08

Əli Həsənovun göstərişi ilə "seçilmiş" hər bir qht-lərə dövlət dəsdəyi şurasının ūzvū layihə alveri ilə məşģul olur. Hər şura ūzvūnūn özūnūn qohum əqrəbasının adına təsis etdiyi 7-qht -si var. Ūstəgəl hər mūsabiqede 20-30 qht -dən otkat alirlar. Bizneslerini qurub oturublar. Siz göresiz Şura ūzvleri nece bahalı maşınlat sūrūrlər!!!???

aktual 2021-01-16 18:12:21

Azay Quliyevi hansısa sehirli əl sudan quru çıxardır. Çox təəccüblüdür... KİVDF-dən də əvvəl DDŞ Əli Həsənovun pul qazanmaq ofisi idi. Nuşiravən Məhərrəmli getdi, Vüqar Səfərli getdi. Azay Quliyevin isə kefi kök, damağı da çağdır. ???

Mirzə AĞ 2021-01-16 15:36:32

Ölkəmizdə müşahidə şurası yalnz hul baxır...

Ceyhun 2021-01-16 15:29:49

QHT-lərə Dövlət Dəstəyi Şurası da Əli Həsənovun monopoliyasında olan ən korrupsioner qurumdur. Heç kimə sirr deyil ki, layihələr 30 faizdən satılır. Ən böyük məbləğli layihələr layihəsinin adını belə bilməyən qht sədrlərinə satılır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol