Menu

“Ermənilərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparmaları cinayətdir” - Nazir

22.01.2021, 14:31
“Ermənilərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparmaları cinayətdir” - Nazir

"Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik".

APA-nın məlumatına görə, jurnalistlərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: "Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirib və bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymət verilməsinə çalışacağıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol