Menu

Məhşur polis rəisinin oğlu yüksək vəzifəyə təyin edildi

03.02.2021, 13:49
Məhşur polis rəisinin oğlu yüksək vəzifəyə təyin edildi

Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elmir Hüseynov vəzifəsindən azad olunub.

“Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə polis polkovnik-leytenantı Turab Paşayev təyin edilib.

Qeyd edək ki, T.Paşayev hüquq-mühafizə orqanları sistemində nüfuzlu və peşəkar kadr kimi tanınan, sabiq polis rəisi Şahmar Paşayevin oğludur.

T.Paşayev bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışırdı.

Şərhlər

Samir 2021-02-03 15:44:21

Google şirkətinin loqosunun bu mövzuya nə dəxli var?

Buzovnali 2021-02-03 13:56:14

O adamin mehwyrlugu ne idi?

Buzovnali 2021-02-03 13:56:14

O adamin mehwyrlugu ne idi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol