Menu

Sumqayıtda mərkəzi küçəyə Polad Həşimovun adı verildi

13.02.2021, 17:35
Sumqayıtda mərkəzi küçəyə Polad Həşimovun adı verildi

Sumqayıt şəhərində küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib. Bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müvafiq sərəncam imzalayıb.

Belə ki, Sumqayıtda yaşayan şəhid generalın adı şəhərin mərkəzi küçələrindən birinə verilib.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

P.Həşimov iyulun 15-də II Fəxri xiyabanda torpağa tapşırılıb.

Şərhlər

Roma 2021-02-13 22:09:17

Sumqayıt İcra Başçısının bu sərəncamını alqışlayıram. Polad Həşimov buna layiq Qəhramandır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol