Menu

Gürcüstanda müxalif partiyanın sədri həbs olundu

23.02.2021, 09:00
Gürcüstanda müxalif partiyanın sədri həbs olundu

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbs olunub.

“Report”un yerli bürosu xəbər verir ki, polis onu həbs etmək üçün VMHP-nin baş ofisinə daxil olub.

Partiya tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər.

N.Meliya polis maşını ilə ərazidən uzaqlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol