Ermənistan İrana “Boeing-737” təyyarəsi verib - ABŞ Yerevana sanksiya tətbiq edə bilər

Ermənistanda qeydiyyatda olan “Boeing-737” sərnişin təyyarəsi naməlum şəraitdə İranda peyda olub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu beynəlxalq ekspert Suren Sarkisyan feysbuk səhifəsində yazıb.

“O, İrana naməlum şəraitdə ya verilib, ya da satılıb. İrana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Ermənistanın aviasiya sahəsinin səlahiyyətli şəxslərinin bu təyyarəni qonşu dövlətə verməsi təəccüblüdür. Bir neçə gün əvvəl həmin “Boeing-737” Ermənistana enməli idi, ancaq Tehrana eniş edib. Xatırladıram ki, ABŞ qanunvericiliyinə əsasən, ABŞ istehsalı olan malları İrana satan və ya verən istənilən şirkətə, yaxud dövlətə rəsmi Vaşinqton sanksiya tətbiq edə bilər”, - ekspert vurğulayıb.

635x100

Şərhlər

Ş.Sərbaz 2021-02-23 14:28:22

Bizim media, xüsusən işğalçını acından ölmüş gənc siyasətkarlarımız üçün daha təəcüblü olar? Onlar necə bölüşüb dolanırlar ki, bizim çox saylı milyonerlərimizin ətrafında belə saysız-hesabsız ac-yalavaclar görünür.

Son yazılar