Menu

Sarkozi həbsxanaya göndərilməyəcək

02.03.2021, 08:55
Sarkozi həbsxanaya göndərilməyəcək

Korrupsiyada ittiham edilən Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsxanaya göndərilməyəcək.

APA “BFMTV” kanalına istinadən xəbər verir ki, bu barədə Paris Məhkəməsi qərar qəbul edib.

Bildirilib ki, Sarkozi evdə elektron nəzarət altında olacaq. Sonrakı şərtlər hakim tərəfindən müəyyənləşdiriləcək.

Məhkəmədə Milli Maliyyə Prokurorluğu Sarkozinin 4 il həbs cəzasına məhkum edilməsini istəyib.

Sarkozi isə öz növbəsində heç vaxt qanunun aliliyi prinsiplərinə zidd hərəkətlər etmədiyini deyib.

Qeyd edək ki, hakim prosesi ölkə tarixinə düşəcək skandal adlandırıb.

Şərhlər

Veteran 2021-03-02 23:36:45

Eşq olsun Fransa məhkəməsinə.

.EJDER 2021-03-02 09:46:02

MALADES,SARAKOZI.MAKARONLA DIL TAPMAQ OLMUR,KATAKOMPA,KILSE PEMONT ,MEMONT LAZIMOLSA,XEBER ELE,UTANMA,BIZIM PULUMUZ COXDUR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol