“Azərbaycan 44 günlük müharibə ilə torpaqlarını işğaldan azad etdi. Azərbaycan qazandığı bu zəfərlə adını hərb tarixinə yazdırdı”.
“Report”un xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin üzvü İsmail Özdemir martın 10-da Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan münasibətləri getdikcə daha da güclənir: “Ermənistan Azərbaycan torpaqlarını işğal edən zaman vəhşiliklər törətdiyi kimi, geri çəkiləndə də vəhşiliklər törətdi. Şuşada Üzeyir Hacıbəylinin adını daşıyacaq məktəb tikiləcək. Bunu həyəcanla gözləyirik”.


Şərhlər
Azərbaycanda Türkiyəyə doğru irəliləyiş yoxdur.Biz bunu vəzifələrin ....arasında bölüşdürülməsindən də görürük.Gümün ki Türkiyə də bunu hiss edir.
Bu güclənmə hiss olunmaldır.Populyar çıxışlarla yox,həyatda təzahürləri ilə! Boşboğazların boş söalərindən hamı bezib.b