Menu

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik ünvanlayıb

16.03.2021, 17:31
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik ünvanlayıb

“Novruz dostluq, yenilik bayramıdır. Bu münasibətlə hər birinizi təbrik edirəm”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Təklif edirəm ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərək”, - S.Qafarova bildirib.

Milli Məclisin deputatları sədrin təklifini alqışlarla qarşılayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol