Baş Prokurorluq Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.
Həmin cinayət işi üzrə Azərbaycan Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.
2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnmiş və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan ediib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Baş Prokurorluq bu qəbildən olan məlumatların həssaslığını nəzərə alaraq, kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş informasiyalara istinad edilməməsini xahiş edir", - Mətbuat xidmətindən bildirilib.

Şərhlər
44 gunluk qarabag savasunda vetene xeyanet elediyine gore qetl dosyesi de qaldirildi.duz edibler o satqindi
Moshu və Rabitəci nə yazir və nə istəyir?
Doğrudan da çox maraqlı və unikal millətik. Bu şərhi oxuyan hər oxucudan üzr istəyirəm. Hərdən özümüzə baxanda heyvan sürüsü ilə bir çox oxşarlığəməzə görürəm. Yəqin ki, əksəriyyətiniz mənimlə razılaşaqsınız. Səhrada bir sürü fil və ya iti buynuzlu öküz və ya camış otlayır. Bu sürüyə şir, aslan və çaqqal hücum edəndə, bu canlılardan hər hansı birini parçalayanda o böyük cəmdəklər sahibləri kənarda durub bunu seyr edirlər, baxmayaraq ki, bir neçə canlı da bu hücumun qarçısını ala bilər. Bizdə də eyni vəziyyətdir. Yəni, bu yırtıcının qarşısına bir sədd çəkən olmadımı? Dəfələrlə qeyd etmişəm. Ruslar demişlən, biz də bir «панибратство, круговая порука» deyilən anlayış var. Rövşən Əkbərovun cinayətləri barədə ara-sıra xəbərlər yayımlanırdı. Sıravi vətəndaşlar arasında da bu mövzu paylaşılırdı. Sual edirəm, bizim hüquq mühafizə orqanları ya qış yuxusuna getmişdi və ya qulaqlarında problem var idi. Belə bir yırtıcını gətirib Milli Qəhrəman səviyyəsinə yüksəltmək, bu özü bir cinayətdir. Hərdənbir yaxılara verilıən şərhlərə fikir verirəm, şəhrhlərdən çox lağlağı, atmacaları sözlər. Məs., yazıda Əlidən söhbət gedir, şərhlərdə mövzuya aid olmayan fikirlər səslənir, tutalım hansısa ölkədə kişi kişi ilə evləndi. Valentin gününü bəh-bəhlə qeyd edirik, sevgililərimiz təbrik edirik, baxmayaraq ki, bu “bayramın” sevgililərə heç bir aidiyyəti yoxdur. Deyək ki, kilsədə iki eyni cinsli şəxslərin evlənməsinə xeyir-duia verilir. Bunların “papaları”da biqeyrətdir. Deyəsən mövzudan bir balaca uzaqlaşdım. Sabiq Baş Prokuror və ağır cinayətlərlə mübarizədə bu sahəyə məsul olan kim varsa məsuliyyətə cəlb olunmalıdırlar. Bir ananı, bacını, ailəni illərdir gözü yaşlı qoymaq özü bir cinayətdir. Çox güman ki, hələ bu orqanların icratında neçə belə işləri toz basıb. Cənab Prezident bu 44 günlük müharibədə xalqının oğlu olduğunu, xalqın yanında olduğunu əməli ilə sübuta yetirdi. Güman edirəm ki, bu məsələdə də O, öz sözünü deyəcək, hüquq mühafizə orqanlarının rəhbərlərinə gözünü ağardacaq. Cinayətin keçmə müddətindən asılı olaraq kimin haradasa nə təqsiri varsa, layiqli cəzasını almalıdır. Başqa variant yoxdur
Bu günü mən deyərdim ki, Rabitə Nazirinin 1-ci müavini Əli Abdullayevi və müavini Elmir Vəlizadəni gözləyir, Allah qoysa !
Bu günü keçmiş rabitə nazirini və onun 1-ci müavini Əli Abdullayevidə gözləyir,sadəcə zamanəyə ehtiyacı var.
Chox tez ayilibsiniz. 20 il lazim idi buna?