Menu

Ermənistanda erkən seçki... - "Azərbaycan Paşinyanın əlini gücləndirə bilər"

19.03.2021, 15:24
Ermənistanda erkən seçki... - "Azərbaycan Paşinyanın əlini gücləndirə bilər"

"Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət erkən parlament seçkisini 20 iyuna təyin etdi. O, Azərbaycana məğlubiyyətdən sonra yaranan dərin böhrana dözdü, idarə etməyə çalışdı, radikal müxalifət, kilsə, baş qərargahın sədrinin tələbləri qarşısında istefa vermədi. Ancaq erkən parlament seçkisi də Ermənistanı hazırki böhrandan xilas etməyəcək".

"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistanda erkən seçki qərarını şərh edərkən bildirib.

Ekspert fikirlərini bir neçə səbəblə əsaslandırıb: "Birincisi, küçələrə tökülüşən radikal müxalifət seçkinin nəticəsini tanıymayacaq. Çünki küçələrdəki müxalifət seçkidə səs qazanmayacağını bəri başdan bilir.

Digər tərəfdən, iyunun 20-də qədər başda Paşinyan olmaqla seçkiyə qatılacaq siyasi partiyalar təbliğat kampaniyasına başlayacaqlar. Aydındır ki, kampaniyanın əsas mübarizəsi Qarabağ mövzusu ətrafında olacaq və bu amil Ermənistanı bir neçə ay yenə gərgin vəziyyətdə saxlayacaq.

Buna baxmayaraq, Paşinyan seçkiyə qədər sağ qalsa o yenidən ermənilərin səslərini qazanacağına ümidlidir. Onun qələbəsi partiyasına təkbaşına hökumət formalaşmağa imkan verməsə də, Paşinyan seçkinin nəticəsinə görə söz sahibi olan siyasətçilərdən biri olaraq qalacaq.

“Qarabağ klanı”nı və onun liderlər- Robert Köçəryan və Serj Sərkisyan böyük ehtimalla yenə müxalifətdə qalacaqlar".

Politoloq qeyd edir ki, seçkinin nəticəsinə görə koalisyon hökumət formalaşarsa, yeni baş nazir üçün qərarlar vermək çətin olacaq: "Ancaq baş nazir kim olursa olsun həmin şəxs Moskvanın vasitəçiliyi ilə qəbul edilən 9 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirmək məcburiyyətindədir".

E. Şahinoğlu qeyd edib ki, Nikol Paşinyanın yenidən baş nazir kimi fəaliyyətini davam etdirməsi Azərbaycanın maraqlarına cavab verirsə, yaxın aylarda həbsxanalarımızda saxlanılan bir qrup erməninin Ermənistana təhvil verilməsi mümkündür.

"Bu, Paşinyanın seçki öncəsi erməni cəmiyyətində nüfuzunu daha bir az gücləndirə bilər"-deyə, ekspert vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Politişə 2021-03-19 17:55:57

Bəli, Ermənistan otuz il hərbi işğalda saxladığı Azərbaycan ərazisinin müəyyən hissəsindən Şuşa da daxil olmaqla Şanlı Ordumuzun qanı bahasına çıxarılıb! Azərbaycanın Ermənistanla başlıca problemi ərazinin digər hissəsinin tam qaytarılmasıdır. Onun siyasi-iqtisadi inkişafı öz daxili işidir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol