Menu

ABŞ-da 16 nəfəri öldürən qatil saxlanılıb

21.03.2021, 23:21
ABŞ-da 16 nəfəri öldürən qatil saxlanılıb

ABŞ-ın Nyu Cersi ştatında bir nəfəri ölənədək döyən şəxs mərhumun avtomobilində gəzərkən saxlanılıb.

Yerli KİV-də yayılan məlumatlara əsasən, qatil 66 yaşlı Maykl Dabkovskinin evinə daxil olaraq, əlindəki çəkiclə onu döyərək öldürüb, daha sonra isə mərhumun avtomobilini qaçırıb.

Bununla yanaşı, saxlanılan şəxs Nyu-Meksikoda cəsədi avtomobildə tapılan dörd nəfərin də qətlində şübhəli hesab olunur.

İstintaqın gedişində 47 yaşlı Şon Lannon daha 15 nəfərin qətlini etiraf edib.

Hazırda bütün məlumatlar yoxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol