Menu

Yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

25.03.2021, 09:28
Yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Şərhlər

Veteran 2021-03-25 21:48:30

Ehsansız yas mərasimi,yalnız çay verilməklə.qısa zaman kəsiyində.az sayda yaxın qohumlarla yola vermək.

BAKILI 2021-03-25 10:07:19

Qurultay kecirmek olar yas merasimi yox agilli mentiqdir

Adem 2021-03-25 09:31:31

Çox böyük iş görmüsüz.Martın səkkizi hara baxirdiz Bakıda əyləncə mərkəzləri ağzına kimi dolu idi niyə gəlib yazmadiz cərimə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol