Menu

Qapanmalar universitetlərə də aiddir? - AÇIQLAMA

01.04.2021, 17:29
Qapanmalar universitetlərə də aiddir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Musavat.com-un məlumatına görə, qərarın ali təhsil müəssisələrinə aid olub-olmaması ilə bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, bu qərar universitetlərə şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir.

Şərhlər

Vətəndaş 2021-04-01 17:39:13

SMS olmasın,nəqliyyat işləsin 6-7 günlər də. SMS dünyanın başqa bir ölkəsində varmı? Varsa hansı ölkədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol