Menu

"Rusiya ilə Azərbaycanın münasibətləri pandemiya dövründə də inkişaf edir" - Kreml rəsmisi

02.04.2021, 14:49
"Rusiya ilə Azərbaycanın münasibətləri pandemiya dövründə də inkişaf edir" - Kreml rəsmisi

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər pandemiyanın fəsadlarına baxmayaraq yüksələn xətlə inkişaf edir". “Report” xəbər verir ki, bu barədə “Moskva – Baku” portalına Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, koronavirusun səbəb olduğu məhdudiyyətlərə baxmayaraq iki ölkənin dövlət başçıları, hökumətləri, parlamentləri, ayrı-ayrı nazirlikləri səviyyəsində əlaqələr davamlı inkişaf edib, rəsmi səfərlər həyata keçirilib.

O deyib ki, 2020-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 10 faiz azalaraq 2,9 milyard dollar olub: "Həyata keçirilən 2024-cü ilədək tədbirlər planı iki ölkənin strateji tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə çıxarılmasını nəzərdə tutur. 2020-ci ilin noyabr ayında isə yenilikçi inkişaf və rəqəmsal iqtisadiyyat sahələrində birgə əməkdaşlığa dair sayca altıncı yol xəritəsi imzalanıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol