HACIBALA ABUTALIBOVUN MÜSAHİBƏSİNİN “QUYRUĞU GÖRÜNDÜ”... - Sabiq merin “sağ əlinin” həbsi nədən xəbər verir?

Bakının sabiq meri Hacıbala Abutalıbovun uzun müddət üz-araya çıxmadığı, gözə görünmədiyi halda, bir neçə gün əvvəl mətbuata geniş və belə demək mümkünsə, səmimi müsahibə verməsi ciddi şübhələrə yol açmışdı.

Həmin vaxt “AzPolitika.info” bununla bağlı “Abutalıbovun da qapısı döyülür?” başlıqlı yazı dərc etmişdi. Sözügedən yazıda qeyd olunurdu ki, belə müsahibələr təsadüfən verilmir və adətən nəyəsə hesablanır. 

Əslində, son qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbovun da olması, həmçinin onun adının yeni yaradılan Veteranlar Şurasına salınmaması sabiq mer üçün həyacan siqnalı idi.

Digər yandan Səlim Müslümovun həbsi, Ramiz Mehdiyev, Ziya Məmmədov və digərləri daxil olmaqla, sabiq iri məmurların “məşhər ayağına” çəkilməsi Abutalıbovu da narahat etməyə bilməzdi. Bu baxımdan sabiq merin olduqca ehtiyatlı, sentimental, hakimiyyətə və Heydər Əliyevə sədaqətinin, eləcə də onun Abutalıbov barədə vaxtilə dediklərinin xüsusi qabardıldığı müsahibə təsadüfi deyildi.

Həmin müsahibədə hakimiyyətə bir çox mesajlar verilir, Abutalıbovun sadə, mütəvazi həyat sürdüyü, oğlanlarınınsa elə bir böyük biznesinin olmadığı, sadəcə “başlarını aşağı salıb çörək qazandığı” görüntüsü yaradılırdı.

Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmasına dair rəsmi məlumat yayılandan sonra Abutalıbovun sözügedən müsahibəsinin təsadüfi olmadığı təsdiqləndi.

Necə deyərlər, “xoruzun quyruğu göründü”. Belə ki, Rasim Quliyev məhz Hacıbala Abutalıbovun istəyi və əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib. Yəni bu şəxsin Abutalıbovun adamı olduğu şübhə doğurmur.

İndi isə sabiq merin “sağ əli” olan bu şəxsin cinayət işində Abutalıbovun adının ən başda keçəcəyi şübhəsizdir. Belə görünür ki, Abutalıbov da Rasim Quliyevin həbs olunacağından qabaqcadan xəbərdar olub.

Tez-tələsik mətbuata çıxaraq müsahibə verməsi də böyük ehtimalla məhz bununla bağlıdır. Sabiq mer bilir ki, aparat rəhbərinin istintaqa söyləyəcəyi hər cümlədə onun adı keçəcək, çünki belə vəzifələrdə oturanlar adətən “kassir” rolunu oynayır və heç nəyi “şefin”, yəni bu halda Abutalıbovun xəbəri olmadan edə bilməz.

İndi istintaqın gedişini gözləmək qalır. Görək, hər kəsin bildiyi və gördüyü korrupsiya cinayətləri obyektiv araşdırılaraq üzə çıxarılacaq, yoxsa iş elə Rasim Quliyev səviyyəsindəcə bağlanacaqmı?

Cəlal

“AzPolitika.info” 

635x100

Şərhlər

A.Məmmədov 2021-04-04 23:06:49

Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən verilmiş xidməti məlumat mənim işdən azad olmam haqqında verilən sərəncam üçün hüquqi əsas sayıla bilməzdi. Xidməti məlumatı verən Rasim Quliyev öz məlumatına özü də inanmadığından onu əlavə dörd nəfərə də imzalatdırdı. Xidməti məlumatda heç bir qanuna istinad edilmirdi. Əsas və yardımçı müəlliflər dəfələrlə qeyd edirlər ki, mən guya mövcud olmayan səhvlərimi bir şagird kimi onlar qarşısında etiraf etmişəm. Məlumatda o da göstərilir ki, guya mən Qudrət İsakova məlumatalar ötürmüşəm və bunu da etiraf etmişəm, özüm haqqında ağılsızam demişəm, guya demişəm ki, elmi rəhbərimin “buna yer süpürmək də olsa bir iş verin, başı qarışsın, yoxsa boş buraxsanız gedib bizdən yazacaq”, guya mən etiraf etmişəm ki, anonim məktublar yazıram və s. Bütün bu “etiraflar”ı Rasim Quliyev məhkəmədə sübut edə bilmədi. Bu xidməti məlumatda hər hansı qanuna istinad olunmadığından bu xidməti məlumat qeybətdən başqa bir şey deyildi və dövlət qulluqçusunun bu məlumata əsasən işdən azad edilməsi kobud hüquq pozuntusudurl. Xidməti məlumatda yazılıb ki, guya mən “ Bakı şəhər İcra Hakimiyyətinin müxtəlif sturukturlarında işləyən ayrı-ayrı şəxslər barədə böhtan və iftira xarakterli çıxışlar etməklə yanaşı, hətta dövlət strukturları barədə heç bir əsası olmayan, həqiqətə uyğun olmayan əsassız ittiham və iftiralar söyləməkdən çəkinməmişəm, işlədiyim dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişəm. Cinayət məcəlləsinin 147-ci maddəsinin 1-ci bəndinə əsasən “Bohtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nufuzdan salan məlumatları kutləvi cıxışlarda, kütləvi numayiş etdirilən əsərdə və ya kutləvi informasiya vasitəsində yayma”ğa deyilir. Mən Bakı şəhər İcra Hakimiyyətində işlədiyim on il ərzində bir dəfə də olsun kütləvi çıxış etməmişəm, kütləvi nümayiş etdirilən əsərim olmayıb və kütləvi informasiya vasitələrində çıxışlar etməmişəm. Buna görə də mənim hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nufuzdan salan məlumatları kutləvi cıxışlarda, kütləvi numayiş etdirilən əsərdə və ya kutləvi informasiya vasitəsində yaymaımdan söhbət belə gedə bilməz.. Buna görə də məni işlədiyim dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməkdə günahlandırmaq tamamilə əsassızdır. Xidməti rəyin ikinci abzasında yazılanlar da birinci abzasda yazılanlar kimi həqiqətə uyğun deyil. 13 dekabr 2011-ci il tarixdə mən Hacıbala Abutalıbovun kabinetində olanda orada Qəbul otağının müdiri Tahir Məsimov və Qaçqınlar və Məcburi köçkünlərlə iş şöbəsinin müdiri Namiq Məmmədov olmayıblar. Mən Hacıbala Abutalıbovun kabinetində olanda heç nə etiraf etməmişəm və bu məxluqların əlində bu barədə audio və ya video material və ya mənim bu barədə yazılı şəkildə verdiyim izahatım yoxdur.

Alim 2021-04-04 11:23:57

Həbs eilən geofizik Rasim Quliyev, AMEA Fəlsəfə İnstitutunun dissertantıdır. Orada rüşvətin fəlsəfəsini ğyrənir. İnşaatçı qardaşı Bəhruz Quliyev bu institutda fəlsəfə doktoru olub. Bu haqda Əbülhəsən təbil çalmır. Təbilinin çubuqlarını tapa bilmir.

Adilə 2021-04-04 11:16:52

Sərəncama viza verənlərin hamısının dolyası var idi. Çəkdikləri qollara görə pul alıblar. Sənin Rasimin çoxlu sayda təmiz insana şər-böhtan atıb, bu şəxslər barədə məqalələr yazıb, onun bunun adından qəzetlərdə çap etdirib. Məsələn, "Ədalət" qəzetində çap edilmiş "Kimdir, psix?" məqaləsi.

A.Məmmədov 2021-04-03 23:19:43

2011-ci ildə məni işdən azad edəndən sonra, Hacıbalanın diktəsi ilə bu məxluq, mənim haqqımda xidməti məlumat yazıb və sonra bu xidməti məlumatı Memarlıq və Şəhərsalma İdarəsinə maklerlik edən beş nəfərə qol çəkdiriblər və sonra məhkəmədə bu beş nəfər və bu məxluq, mənim üzümə durublar ki, xidməti məlumatda yazılanlar doğrudur və guya mən Q.İsaqov adlı şəxsə Hacıbalanın rüşvətxor olması faktını ötürmüşəm və Q.İsaqov Xural qəzetində yazdığı “H.Abutalıbov bir nömrəli rüşvətxordur” məqaləsindən sonra bütün Azərbaycan Hacıbalanın rüşvətxor olduğunu bilib. Qanunsuz işdən azad edilməyim barədə 2040 dəfə müraciət etmişəm. Heç bir tədbir görülməyib.Axırıncı, 18.01,2021-ci il tarixli M-952-019 saylı 2040-cı müraciətimi Ali Məhkəmə, Bakı Kommersiya Məhkəməsinə göndərib və oradan mənə hətta başdasovdu olsa, cavab verilməyib. Bu məxluq mənim işlədiyim dövrdə Səbuhi adlı əmisi oğlunun adına özəlləşdirilmiş çoxlu sayda obyektə malik idi. Bu məxluqu rüşvətxorluğa görə həbs etməyiblər. Əgər etsədilər, Nəsrulla Bayramova pul atdığına görə edərdilər də. Nəsrulla Bayramov neçə illərdir ki, Baş Prokurora yüzlərlə məktub və teleqram göndərib. Heç bir tədbir görülmür.....

Vüqar 2021-04-03 19:42:27

Əalində Abutalıbovun müsahibəsində idarəçilik də sisteminin yaramazığı sübut olunur.r

Özgür 2021-04-03 18:55:51

Bakını soyub talayan adam indi quzu kimi oturub.

Xalq 2021-04-03 18:48:44

H.Abutalıbovun Səhmdarlara vurduğu ziyanı hələ indiyə kimi heç kim vurmayıb! Səhmdar Cəmiyyətlərinin torpaqlarını sataraq səhmdarlara böyük ziyanlar vurub. Hesab edirik ki, ancaq bu günahları bəs edər ki, o 10-15 il azadlıqdan məhrum olunsun və əmlakı müsadirə olunaraq satılsın pullar isə dövlət büdcəsinə daxil edilsin!

Vətəndaş 2021-04-03 18:22:54

Bunlar biz milləti tam talan qarət ediblər. Milyardlar bəlkə trilyonla hesablanacaq gəliri olan milləti atıb çörək puluna möhtac ediblər

Oxucu 2021-04-03 15:03:40

“Respublika” qəzeti 07.11.2002-ci il tarixli sayında “Əqidəsiz adamlar” sərlövhəli redaksiya məqaləsinda Rasim Quliyev barəsində yazmışdır: “ Belə adamlara siyasi mübarizə düşərgəsinin hər iki tərəfində rast gəlmək olar. Məsələn onlardan biri də 1995-1996-cı illərdə “Millət” qəzetində müxbir işləmiş Rasim Vaqif oğlu Quliyevdir. O, olub keçənlərin unudulduğunu güman edərək sonradan özünü iqtidar adamı kimi “göstərmiş” və nəhayət, Bakı şəhər İcra Hakimiyyətində məsul vəzifə tutmuşdur. Zənnimizcə, altı-yeddi il bundan əvvəl yazdıqlarını ona yenidən xatırlatmaq pis olmaz. Qəzetin 1995-ci il 24 oktyabr tarixli sayında dərc olunmuş məqaləsində Rasim Quliyev parlament seçkilərinin demokratikliyini şübhə altına alır, müxalifətə necə deyərlər, “zuy tuturdu”.Vaxtilə AMİP-in və Etibar Məmmədovun qızğın tərəfdarı kimi çıxış edən, indiki iqtidarın uğurlarına kölgə salmağa çalışan bu adam, görəsən, indi hansı üzlə “bəyənmədiyi” hakimiyyətin kreslosunda oturub? Bəlkə də ona məsul vəzifə etibar edən adamlar Rasim bəyin hansı amal, hansı məslək sahibi olduğundan xəbərsizdirlər” Məqalədə sonra yazılmışdır: “Əqidəsiz adamlar cəmiyyətin bətnində qarayaradır. Belələrini nə qədər tez tanısaq, onları özümüzdən nə qədər tez uzaqlaşdırsaq, cəmiyyəti bu xəstəlikdən bir o qədər hifz etmiş olarıq.” Rasim Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayevin qohumu olduğu üçün, Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsinə oturdulub.

Adil 2021-04-03 14:03:28

Rasim bütün məsələləri bir başa Hacıbalanın göstərişi üzrə həll edib.Yəni l-əli yuyubəl sə üzü. .Hacıbala icaze verməyən (yəni haqqını almadan) heç bir sərəncamı imzalamayıb.Rasim sadəcə göstəriş yerinə yetirib.et

Son yazılar