“O SÖHBƏT MƏNİMLƏ HEYDƏR ƏLİYEVİN ARASINDA QALACAQ” - “İndi oğlanlarımın ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar?”

"Belə bir qardaşı itirmək mənim üçün yalnız bədbəxtlikdir”

“Həyat yoldaşım yanımda deyil, gəlinlərim yeməyimə qədər bişirib göndərirlər”

Uzun müddət  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini  vəzifələrində çalışmış, hazırda təqaüddə olan Hacıbala Abutalıbovun adı sonuncu dəfə medinın gündəminə hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu il martın 5-də keçirilmiş növbədənkənar qurultayı zamanı gəlmişdi.

Çünki qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da vardı. Maraqlıdır ki, qurultayda Hacıbala Abutalıbovun adı İdarə Heyətindən çıxarılmaqla yanaşı, yeni yaradılan Veteranlar Şurasına da salınmadı...

Hacıbala Abutalıbovla bağlı belə qərarın verilməsini onun vəzifədən çıxarılıb təqaüdə göndərilməsindən (2019-cu ilin oktyabrı) sonra ümumiyyətlə YAP-a gəlib-getməməsi, partiyanı tamamilə unutması ilə əlaqələndirənlər vardı. Bəzi iddialara görə, 2019-cu ilin oktyabrında Baş nazirin müavini vəzifəsindən təqaüdə göndərilən Abutalıbov hakim partiyadan inciyib.

Aylardı gözə dəyməyən, mediadan yan gəzən Hacıbala müəllim nəhayət bu və digər məsələlərlə bağlı suallara aydınlıq gətirib. Onun modern.az saytına geniş müsahibəsini təqdim edirik. 

- Hacıbala müəllim, vəzifədən gedəndən bəri hər şeydən uzaqlaşmısınız. Gözdən uzaqlaşmaqla könüldən də uzaqlaşmaq istəyirdiniz, yoxsa mətbuatdan qaçışın başqa səbəbi vardı?

- Uzaqlaşmışdım. Hətta telefonumu da söndürmüşdüm. Çünki istədim ki, bir az tək qalım. Özüm özümü başa düşüm ki, mən kiməm.

- Bəs bu müddətdə özünüz özünüzlə hesablaşanda hansı qənaətə gəldiniz?

- Özümə hesabat verdim. Özümdən razı qaldığım məqamlar da oldu, narazı qaldığım məqamlar da.

- Bir müddət əvvəl Bakını tərk etdiyinizə, Qaxa köçdüyünüzə dair məlumat yayıldı. Olmaya elə özünüzlə hesablaşamanı paytaxtdan kənarda, Qaxda aparırdınız?

- Yalandır! Bax, budur da, mən Bakıdayam!. İndi mən nə deyim?! Deyim ki, siz yaxud, başqası yalan yazmısınız? Jurnalist də pul qazanmalıdır. Ona görə nəsə demirəm. Amma mən Bakıda, öz evimdəyəm.

- Qaraçuxurdakı evinizdə?

- Bəli, nə vaxt gəlsəniz, mən Qaraçuxurdakı evimdəyəm.

- Ümumiyyətlə, sizin Qaxla hansısa bağlılığınız var?

- Əlbəttə var. Bacım, yoldaşı, ailəsi Qaxda yaşayır, orda evi var.

- Hacıbala müəllim, 2020-ci ilin payızında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə çoxdan arzuladığımız, amma eyni zamanda, məlum səbəblərdən bizə çox uzaq görünən Qarabağı erməni işğalından azad etdi. Biz artıq qalib ölkənin vətəndaşlarıyıq. Vəzifədən uzaqlaşandan sonra keçmiş məmur, bir təqaüdçü kimi ölkədə gedən prosesləri izləməmiş deyilsiniz. Bu barədə fikirləriniz maraqlıdır.

- Qarabağın alınması Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Heç zaman bu tarixi silmək, qaralamaq, ləkə vurmaq mümkün olmayacaq. Bu, Azərbaycan tarixində ən uğurlu qələbədir. Qarabağ tarixini yenidən yazan Azərbaycan Respublikasının Prezidentidir. Çox şükürlər olsun ki, biz bu qələbəni heç bir dövlətdən hərbi dəstək almadan, Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin gücü, şücaətilə qazandıq. Bu böyük tarixdir. Sözsüz ki, bu tarixi qələbədən sonra, Qarabağda minatamizləmə, daha sonra abadlaşma işləri aparılacaq.

- Yeri gəlmişkən, artıq bir neçə dəfə rəsmilər və qeyri-rəsmilər işğaldan azad edilmiş torpaqlara səfər ediblər. Arzunuz varmı deyə soruşmuram, çünki yersiz olar. Sadəcə maraqlıdır, sizin də yaxınlarda belə bir səfəriniz gözlənilirmi Qarabağa?

- Qarabağ ermənilərdən təmizlənib, amma onların əməlləri torpaqlarımızdadır. Heç kimin icazə olmadan Qarabağa səfərinə yol verilmir və düz də edirlər. Çünki minalanmış ərazilərə səfər edən zaman təşkilatçılar hara gedib-getməməyi bilir, digərləri isə yox. Əlbəttə, nə vaxtsa icazə veriləcək, mən də Qarabağa gedəcəm. Həmişə çıxışlarımda da arzu etmişdim ki, gün olsun bayramlarımızı, atəşfəşanlığımızı Şuşada keçirək, bayram tonqallarımızı Qarabağda yandıraq, Azərbaycan bayrağını orada qaldıraq. Prezident İlham Əliyev Şuşada, eləcə də digər işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağını qaldıraraq, hamımızın arzusunu reallaşdırdı. Ona görə də belə bir təşəbbüs olacaqsa, mən böyük həvəslə Azərbaycanın dilbər guşəsi olan Qarabağa gedəcəyəm.

- Hacıbala müəllim, martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayı keçirildi. Siz də bir çox məşhurlar kimi İdarə Heyətindən çıxarılanlar sırasındaydınız. Eyni zamanda, yeni yaradılan Veteranlar Şurasına da salınmadınız, əvəzində üzv olduğunuz Siyasi Şura da ləğv edildi...

- Bilirsiniz, hər anın öz hökmü var. Lazım olan müddətdə yenilənmə getməlidir, yenilər, cavanlar, xarici dilləri bilənlər, dünyagörüşlülər gəlməlidir. Sözsüz ki, bu dəfə belə bir addımın vaxtı çatmışdı. Əlbəttə, yaşlı nəsil çəkilməlidir qırağa, cavanlar idarəetməyə gəlməlidir. Yalnız bu, inkişafa təkan verə bilər. Dəyişiklik olmalı idi və oldu da. Bunu yalnız və yalnız alqışlayıram. Narazı olmağa əsas da yoxdur. Çünki mən Yeni Azərbaycan Partiyasının üzvü kimi partiyanın dayaqlarını dəstəkləyəcəyəm.

- Siz Azərbaycanda sıradan məmur olmamısınız. Hər sözünüz, hər addımınız rezonans doğurub. Siz həm də hakim partiyaya, onun yaradıcısı mərhum Heydər Əliyevə, dövlətçiliyə bağlılığınız, sədaqətinizlə diqqət çəkmisiniz. Baxın, Vətən müharibəsindən əvvəl ölkə rəhbəri yüksək post sahiblərini ələkdən keçirdi, məlum oldu ki, onların bəziləri oturduqları budağı kəsməklə, dövlət siyasətinə qarşı çıxmaqla məşğul imişlər. Bu səbəbdəndir ki, hazırda bir neçə nazir, icra başçısı və s. yüksək ranqlı məmurlar dəmir barmaqlıqlar arasındadırlar. Bu məsələyə münasibətiniz maraqlıdır.

- Mənim ürəyimdə Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin əsasını qoyan böyük insan, şəxsiyyət Heydər Əliyev sevgisi var. Əgər doğurdan da mənim ürəyimdə Heydər Əliyev sevgisi varsa, deməli Heydər Əliyevə sədaqətim var. Əgər Heydər Əliyevə səadqətim varsa, onun yaratdığı dövlətə sevgim var və buna heç vaxt xəyanət edə bilmərəm. Çünki bu sevgi əbədidir. Dövlətimizin əsasını qoyan şəxsə həmişə baş əymişəm, əyirəm, həmişə də baş əyəcəyəm. Elə indi Heydər Əliyevin məzarını ziyarətdən gəlirəm. Onun ruhu qarşısında baş əyib gəldim, onunla söbət etdim, dərdləşdim. O söhbət də mənimlə Heydər Əliyevimizin arasında qalacaq. Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə sevgim var. Bu sevgini də mənim əlimdən heç kim ala bilməz. Bunu bilin ki, vəziyyətin hansı tərəfə dönməsindən asılı olmayaraq, kimsə dönük çıxırsa, deməli onun ürəyində sevgi olmayıb. Yalnız vəzifəsinə görə sədaqət “nümayiş” etdirib. Belələrinə də təəssüf edirəm.

- Hacıbala müəllim, təqaüdə çıxandan sonra hazırda vəzifədə olan məmurlarla əlaqələriniz qalıbmı, ünsiyyət saxlayırsınızmı?

- Heç bir ünsiyyətim yoxdur. İstəyim odur ki, təyin olunan şəxslər sərbəst surətdə işləsinlər. Bakının, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi və firəvanlığı üçün çalışsınlar. Əgər mən hər hansı bir məmura zəng eləsəm, yaxud hansısa xahiş etsəm, yaxud da kefini soruşsam, onun qızıldan qiymətli zamanını itirmiş olaram. Mən bunu istəmirəm.

- Bəs xələfiniz Eldar Əzizovun fəaliyyətini necə qiymətləndirirsiz. Sizdən sonra Bakıda nələr dəyişib?

- Mən təqaüddəyəm. Çalışıram ki, heç bir məmurun işinə qiymət verməyim. Çünki bu qiyməti verən var, o da möhtərəm Prezidentimizdir. Möhtərəm Prezidentin təyin etdiyi hər bir şəxsə hörmətim ona görə var ki, o təyinatda Prezidentimizin imzası var.

- Bir az da təqaüdçü Abutalıbovdan danışaq. Artıq bir ildən çoxdur ki, dünya COVID-19-la əlləşir. Siz necə qorunursunuz koronavirusdan, pandemiya şəraitində günlərinizi necə keçirirsiniz?

- Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qanun-qaydada nə yazılıbsa, onlara riayət edirəm, qorunuram. Çalışıram evdə olum, bayıra çıxmayım. Hər gün evdən ancaq Heydər Əliyev və bu yaxınlarda koronavirusdan rəhmətə getmiş qardaşımın məzarını ziyarət etmək üçün çıxıram.

Qardaşımın mənim üzərimdə haqqı çoxdur. Məni o böyüdüb, baxmayaraq ki, məndən bir yaş böyük idi, mənə dayaq idi. Leninqradda aspiranturanı oxuyanda, elmlər namizədi olanda, doktor olanda, evim olmayanda yoldaşımla, uşaqlarımla onun evində qalırdım. Evin alınmasında da qardaşım mənə kömək edib. Məni ayağa qaldıran o olub, çətin günlərimdə axıra kimi də cibimə pul qoyub. Osman 1973-cü ildən “Qlavbakstroy”da ( Bakı Baş Tikinti İdarəsi) işləyirdi. “Qlavbakstroy”da “Elektromontaj” idarəsinin rəisi idi. Qazanırdı və o qazancla da çalışırdı ki, mən əziyyət çəkməyim. O qardaşı itirmək mənim üçün yalnız bədbəxtlikdir (kövrəlir). Odur ki, hər iki sevdiyimi hər gün ziyarət edirəm.

- Allah səbrinizi bol eləsin. Maraqlıdır, təqaüdçü Hacıbala Abutalıbov kabinetli, vəzifəli Hacıbala Abutalıbov üçün darıxırmı? Kaş o günlər olaydı, dediyiniz olubmu heç? Amma tam səmimi...

- Mən uzun illər vəzifədə olmuşam. Yeganə şəxsəm ki, Heydər Əliyev başda Prezident Aparatı, Nazirlər Kabineti olmaqla, bütün icra strukturlarına, komitə sədrlərinə tapşırıq verib ki, mənim müsbət iş təcrübəm yayılsın. İkincisi, Heydər Əliyev Gəncədə çıxışı zamanı bildirib ki, Hacıbala Abutalıbova heç kim kömək etmir, amma görün nələr edir: “15 günlük onu gətirin Gəncəyə”. Üçünücüsü, Rusiya Federasiyasının Dumasının ovaxtkı sədri Gennadi Seleznyov böyük nümayəndə heyətilə Bakıda idi. Həmin vaxt Heydər Əliyev Suraxanı rayonuna Tofiq Bayramın büstünün və parkın açlışına gəlmişdi. Tofiq Bayramın gözəl bir şeri var:

Demərəm, ey Vətən, bağışla məni,

Torpağın altı da mənə Vətəndir.

Prezidentimiz o tədbirdə möhtəşəm çıxış elədi. O çıxışla Prezident seçkisinə start verildi. Həmin günün axşamı Rusiya Dumasından gələn nümayəndə heyətini qəbul etdi. Aparıcı dedi ki, möhtərəm Prezident Heydər Əliyev Suraxanıdan çox yüksək əhval-ruhiyyə ilə gəlib bu tədbirə. Bu söz elə-belə söz deyildi. Əgər o an Heydər Əliyevə kiçicik bir təbəssüm, əhval-ruhiyyə vermişəmsə, bu mənim üçün böyük şərəfdir.

Görüşün davamıda Seleznyov ona sual verdi ki, “axı mən Bakıda sizin portretinizə rast gəlmədim?” Buna cavab olaraq, Heydər Əliyev bildirdi: “SSRİ ərazisində Brejnevdən sonra mənim portretim yayılırdı. Mən buna adi iş kimi baxıram. Amma mənim böyük bir portretimi Bakının bir rayonunda vurmuşdular. Mən Bakının meri Rəfael Allahverdiyevə tapşırıq verdim ki, icra başçısına desin o portreti çıxartdırsın. O icra başçısı bilirsiniz nə dedi? İcra başçısı dedi ki, “portretə əl vuranın başını kəsərəm, məni işdən çıxartsınlar, sonra o portreti çıxara bilərlər”.

Bundan sonra icra başçısına daha bir xəbərdarlıq göndərdim. Mən gecə ilə ona zəng elədim. O fizika sahəsində böyük alim-fizikdir, çox da qeyrətli başçıdır. O mənim partiyamın yaradıcılarından biridir. Ona zəng elədim, başa sala bilmədim ki, bu, düzgün deyil. Axırda dedim ki, icazə verirəm bir şərtlə, mən vəzifədə olmayanda vurarsan portretimi. O isə mənə dedi ki, mən çıxartmıram, kim istəyir gəlsin çıxartsın”. Sonradan çıxartdılar. Bunları Heydər Əliyev danışırdı. Çıxışı zamanı adımı çəkmədi. Həmin icra başçısı mən idim. Heydər Əliyevin belə qiymətini kim ala bilər? Heydər Əliyevin sevgisini bu cür qazanan ikinci adam ola bilməz. Bu mənim üçün böyük dəyərdir. Ona görə də mən Heydər Əliyevi nəinki sevmişəm, indi də sevirəm, bundan sonra da sevəcəyəm. Hər gün də Heydər Əliyevin məzarına gedəndə, onun ruhu qarşısında baş əyəndə deyirəm: Heydər Əliyev, yaşa, yaşa, siz bizə lazımsız! Mən həmişə deyirəm:


Bu dünya qəmli, kədərli dünya,

Bu dünya sevincdən süzülən kədər.

Kimi Heydər kimi yaşayıb gedər,

Kimi mənim kimi çəkər bu dərdi.


- Hacıbala müəllim, dediklərinizdən belə anlaşılır ki, bir siyasətçi kimi əməyinizin, əziyyətinizin qarşılığını almısınız. Bəs bir ata kimi necə, övladlarınıza istədiyiniz həyatı verə bilmisinizmi, onlar sizin gözləntilərinizi doğruldublarmı?

- Mənim həyat yoldaşım həkimdir. Düzdür indi səhhətilə əlaqədar işləmir, Almaniyada müalicə alır, oğlu aparıb. İki oğlum var. Çalışmışam ki, onlar azad böyüsünlər və mənim işlərimə qarışmasınlar. Uşaqlarımın ikisi də evlidir, 11 nəvəm var. Nəvələrimlə fəxr edirəm, çünki onlar məni sevir. Və əminəm ki, onlar məni daha çox sevir, nəninki mən onları. Onların hərəsinin öz həyatı var. Onlardan biri hüquq elmləri namizədidir, Ukraynada müdafiə edib. Yəni fizik deyil, deyələr ki, Hacıbala Abutalıbov yazıb verib. İndi Türkiyədə yaşayır, oranın vətəndaşıdır, işləyir, öz ailəsini dolandırır. O biri nəvəm iqtisadçıdır, mənim yanımda Bakıdadır. Kim olur-olsun öz həyatına özü qərar verməlidir. Ata-ana buna qarışmamalıdır.

- Yeri gəlmişkən, oğlunuzun Türkiyədə böyük biznesə malik olması hər zaman mətbuatda geniş müzakirə olunub.

- Bir şeydə çox təəssüf edirəm. Təəssüf edirəm ki, bizim bu torpaq bütün müsbətlərlə bərabər, həm də dərdlilər torpağıdır. Vaxtilə dövlətimiz olmayıb, bir-birimizə qarşı olmuşuq, bir-birimizi qırmışıq və s. Və həmişə də istəmişik ki, kiminsə ayağını çəkək. Bu bizim mentalitetimizdir və bundan da ləzzət almışıq. Halbuki, o ayağın çəkənə heç nə düşmür. Kiminsə uğuru olursa, mütləq ona paxıllıq etməliyik. Mənə deyirdilər ki, sən Bakının merisən deyə, vəzifənə görə Heydər Əliyevin məzarını ziyarətə gedirsən. Bunu da siz jurnalistlər yazırdız. İndi ki, mən vəzifədə deyiləm, amma indi də gedirəm. Bunu mənim əlimdən jurnalistlər yox ey, bütün dünya əhli gəlsə də ala bilməz, bilin!

İkincisi, mənim oğlanlarım uşaq deyil, 40-42 yaşları var. Ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işilə, əməyilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir. Heydər Əliyev mənə çörək verib, su verib, uşaqlarımın toyunu təşkil edib. Toyda səhhətilə əlaqədar özü iştirak edə bilməsə də, ailə üzvlərini göndərdi.

Mən birinci dəfədir jurnalistlə bu cür, ümumiyyətlə mətbuata bu barədə danışıram. Düzdür, həmişə mətubata açıq olmuşam. Amma sizə danışdıqlarımı heç vaxt danışmamışam. Ürəyim çox doludur, yanğı ilə danışıram. Mən bir ata kimi çox xoşbəxtəm. Xoşbəxtəm ki, övladlarım məndən nəsə tələb etmir, onlar öz ayaqları üstündə dayanmağı bacarırlar, ailələrinin yanındadırlar. Gəlinlərimdən də razıyam. Yeməyimə qədər bişirib göndərirlər. Ona görə göndərirlər ki, həyat yoldaşım yanımda deyil. Uzun illərdir xəstədir, hazırda Almaniyada müalicə alır.

- Allah şəfa versin. Əgər açıqlamanız uyğundursa, xanımınızın xəstəliyi nədir?

- Pis xəstəlik, xərçəng (kövrəlir). Bir dəfə ağırlaşanda onu geri qazana bildik. İndi yenə ağırlaşıb. Allah bilən məsləhətdir, hər şey onun əlindədir. Allahın məsləhəti nə olacaqsa, o da olacaq. Buna nə mən kömək edə bilərəm, nə də uşaqları. Amma əlimizdə nə varsa, çalışırıq ki, yardımçı olaq. Amma Allahın yazısı var da alnımızda, ondan qaçmaq, onun yazısına qarışmaq mümkün deyil.

- Hacıbala müəllim, maraqlı söhbət üçün təşəkkür edirəm. Düzü zəng edəndə cavab verəcəyinizi, hələ belə səmimi söhbət edəcəyinizi düşünmürdüm.

- Qurbandı, nə vaxt istəsəniz mən danışmağa hazıram. Mən açıq adamam. Suraxanıda işləyəndə də, Bakı Şəhər İcra Hakimiyyətində işləyəndə də qapım həmişə hamının üzünə açıq idi. İndi də təqaüdçü Hacıbala Abutalıbov kimi evimin qapısı sənin üzünə açıqdır, nə vaxt istəsən buyur.

Bakı Şəhər İcra Hakimiyyətində olanda bir də görürdün bir dəfəyə 1000 nəfər gəldi, zala yerləşmirdilər, həyətdə qəbul edirdim. Bir dəfə yataqxanada yaşayan bir qrup qadın gəlmişdi. Getdim yataqxanaya, gördüm ki, orada insan yaşaya bilməz. Amma onlar min bir zillətlə yaşayırdılar. Həyat budur. Dünən mənim evim yox idi, amma bu gün var. Əlimdən gələni etdim ki, onların binası sökülsün, bir iş adamı bina tikib onları orda yerləşdirsin. Elə də oldu. Belə işlərimiz olub. Amma olub da ki, problem olanda onu həll etmək mənim gücümdə olmayıb. Çünki həll yolları həmişə hamar olmayıb, maneələr yaradanlar olub, yüksəkliklər olub, kömək edən olub. Təəssüf edirəm, kaş o nahamarlıqlar olmayaydı. Amma gücüm çatanı etməyə çalışmışam. Amma nə qədər etmişəm, bunu yalnız Heydər Əliyevin yanına gedəndə biləcəyəm...

Şərhlər

Kerimulla 2021-04-10 20:51:21

Görəsən Hacıbala H.Əliyevlə harada görüşməyi və o söhbəti edəcəyini düşünür?Bu sifət və düşüncədə olan şəxs 15-16 il Bakıda mer olub? ............

Vətəndaş 2021-04-08 21:00:52

....Bu adamın ağlı yerində olanı görən olubmu? Bunu hansı ağılla 15 il Bakı meri kimi vəzifədə saxlayıblar?

Orxan 2021-04-06 17:17:57

Abutalıbov aldığı rüşvətlərin hesabatını...

HB 2021-04-03 20:18:26

"“İndi oğlanlarımın ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar?” Bəl!! Sənin oğlanların bu ölkədən rədd olub getməlidir ki, səni kimiləri daha əmələ gəlməsin!

Oxucu 2021-03-31 23:29:56

Bu Hacıbalanın oğlu İsrafil, 2005-ci ildə Bakı Dövlət Universitetində “Юрисдикция межправительственных организаций в отношении международного терроризма” mövzusunda dissertasiya müdafiə edib. Görünür Hacıbala, 2000-ci ilin əvvəllərində oğlunun vəhabi olacağını hiss edirmiş və buna görə də ona beynəlxalq terrorizm mövzusunda dissertasiya yazdırtdırıb.

Arxiv 2021-03-31 22:28:16

Bunun neçə sifəti olduğunu fizika institunun əməkdaşlarından sorun.Onun ortaya atılması,mer təyinatı olduqca şübhəli və müəmmalıdır.

heçkim-yoxsa hərkim 2021-03-31 20:45:46

Əhməd hardadır-----zülümov-məncə o özüdürki var

Rövşən. 2021-03-31 20:35:43

Hacibala yox ...bala

buzovnali 2021-03-31 20:11:58

Mənəviyyatsiz vəzifə sahiblərindən biri. Heyif.

Kasıb 2021-03-31 14:55:12

TALANÇI 1-cilərdənsən

A.Məmmədov 2021-03-31 13:19:24

Dördüncü hadisə. 1991-ci ildə, Azərbaycan Respublikasının xalq artisti, görkəmli aktyor Nəsibə Zeynalovanın 75 illik yubileyinə həsr olunmuş yığıncaqa milli lider Heydər Əliyevin, Nəsibə xanıma təbrikini oxuyandan sonra, Hacıbala gözləyirdi ki, milli lider Heydər Əliyev Bakıya qayıdanda onu Prezident Administrasiyasının Humanitar şöbəsinə müdir təyin edəcək. Bu Hacıbala gözləyən kimi olmadı. Bu vəzifəyə Fatma Abdullazadə təyin edildi. Sonra xəbər yayıldı ki, onu Fatma xanıma müavan təyin edirlər. Bu təyinat da olmadı. Bundan sonra dedilər ki, onu Tələbə Qəbulu Komissiyasına sədr təyin edirlər. Bu deyilənlər də yalan çıxdı. Vəzifə eşqi ilə alışıb-yanan Hacıbala, bu dövrdə Fizika İnstotutunun Kriogen Korpusunun birinci mərtəbəsində qoyulmuş divanın üstündə oturub, milli lider Heydər Əliyevin ünvanına nəlayiq sözlər söyləyirdi. Sonradan məlum oldu ki, Fatma Abdullazədə, Hacıbalanın xəstəliyi ilə əlaqədar sənədləri milli lider Heydər Əliyevə göstərmiş və bundan sonra Hacıbalanın vəzifəyə təyin olunması gündəmdən çıxarılmışdır. Bu vaxt, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Rəfayıl Allahverdiyev, milli lider Heydər Əliyevdən Hacıbalanın Bakının hər-hansı rayonuna başçı təyin olunması barədə dəfələrlə xahişlər etmiş və onu inandırmışdır ki, daima Hacıbalaya nəzarət edəcək və bütün işlər yaxşı olacaq. Hacıbala, Suraxanıya İcra Başçısı təyin ediləndən sonra, Rəfayıl müəllimi saymadı. Onun haqqında qəzetlərdə məqalələr yazdırtdırdı, onun barəsində Prezidentə məktublar yağışı yağdırtdırdı, onu gözdən saldırtdırıb, onun yerinə keçdi. Bu qarayaxma kampaniyasının ən fəalını-Rasim Quliyevi, Bakı şəhər İcra Hakimiyyəti Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin etdi. Rəfayıl müəllim öz evində belə ölə bilmədi.

A.Məmmədov 2021-03-31 13:18:01

Ikinci hadisə. Fizika İnstitutunun Kriogen korpusunda Hacıbala ilə bir otaqda işləyən Aydın Əliyev, təhlükəsizlik texnikasına heç vaxt riayət etməyən Hacıbalanı yüksək gərginlik altından çıxarır, onu ölümdən qurtarır. Hacıbala bu insana ömrü boyu minnətdar olmaq əvəzinə, onun müdafiə etməməsi üçün əlindən gələn pisliyi edir. Üçüncü hadisə. Hacıbala Fizika İnstitutunda işləyəndə ən kasıb adamlardan biri idi. Onun elektrik qardaşı iş icraçısı işləyirdi. Bu ailənin əlini çörəyə Fuad Musayev çatdırdı. Fuad Musayev, Hacıbalanın əmisinin kürəkənidir. Bu şəxs, Hacıbalanın qardaşını idarə rəisi təyin etdirdi. Hacıbalanın imkanları yaxşılaşan qardaşı, onun tez-tez ezamiyyətə getməsi və Leninqrad Fizika-Texnika İnstitutunda işləyən erməni əsilli Vahan Subaşiyevi “yedirtməsinə” maliyyə dəstəyi verdi. Hacıbala, Vahan Subaşiyevin gördüyü işlər və hərtətərəfli dəstəyi ilə doktor oldu. Müdafiə ərəfəsində seminarlarda çıxışı zamanı bir dənə də olsun elmi suala cavab verə bilmirdi. Çətin vəziyyətə düşən kimi, təbaşiri lövhəyə çırpıb çıxıb gedirdi. Bu səhnə, Fizika İnstitutunun əməkdaşlarını bezdirdiyindən, çalışırdılar ki, onun çıxışları zamanı, ona sual verməsinlər. Doktorluq müdafiəsindən sonra Fuad Musayevin tapşırığı ilə Hacıbalanı laboratoriya müdiri təyin etdilər. Hacıbala, Fuad Musayevin köməkliyi ilə Kommunist Partiyasının üzvü olmuşdu. Əmisinin o biri kürəkəni Aleksandr Şabalovun atası Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifədə işləyirdi. SSRİ-nin dağılmasına start veriləndə, dağılmanı idarə edilə bilən formada aparmaq üçün, respublikalarda SSRİ Dövlət təhlükəsizlik Komitəsinin agentlərindən Xalq Cəbhələri yaradılırdı. Hacıbala, Azərbaycan Xalq Cəbhəsinin ekstremist qanadının ən fəall üzvü oldu və Fuad Musayevlə münasibətləri gərgin olan Respublikanın o vaxtkı rəhbəri Əbdürrəhman Vəzirova qarşı fəal mübarizə apardı. 20 yanvar hadisəsi ərəfəsində və sonra baş verən iki hadisə mənə əsas verdi ki, onu SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə əlaqəli adam hesab edim. Televiziya mərkəzinin enerji bloku partladılmamışdan qabaq Hacıbala, Ramiz Tağıyevlə insanları televiziya mərkəzinin qarşısında mitinq keçirməyə şağırırdı. Mitinqin Prezident Aparatının qarşısında getdiyini bilən insanlar bu iki təxribatçıya fikir vermədən Prezident Aparatının qarşısına tərəf gedirdilər. Ertəsi gün televiziya mərkəzinin partladılması elan ediləndə mən, bu iki təxribatçının çağırışlarının məqsədini anladım. 20 yanvar hadisərindən sonra Ədəbiyyat İnstitutunda məni “Azadlıq” radiostansiyasının Abbasəli Cavidi adlı müxbiri ilə tanış etdilər. O vaxt Azərbaycanda baş verən həqiqətlər dünyaya bu radiostansiya vasitəsi ilə çatdırılırdı. Bu şəxs məndən xahiş etdi ki, ona Naxçıvana getməyə köməklik edim. Mənə dedi ki, Naxçıvan sakinlərinin görkəmli dövlət xadimi Afiyəddin Cəlilovun rəhbərliyi altında erməni işğalına qarşı mübarizəsindən verlişlər hazırlamaq istəyir. Mən, Afiyəddin müəllimin köməkçisinə zəng vurdum və bu barədə ona məlumat verdim. O vaxtlar Naxçıvana bilet demək olar ki, tapılmırdı. Köməkçi dedi ki, bilet kassasına tapşıracaqlar və mən oradan bilet götürə bilərəm. Bu müxbirlə bilet kassasına gedəndə Hacıbala ilə rastlaşdıq və mən onunla müxbiri tanış etdim və dedim ki, sabah səhər onu Naxçıvana yola salacağam, oradan verlişlər hazırlayacaq. Müxbiri mehmanxanaya yola salıb, evə qayıtdım. Səhər müxbiri Naxçıvana yola salmaq üçün mehmanxanaya getdim. Müxbir dedi ki, Naxçıvana gedə bilməyəcək. Axşam Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları mehmanxanaya gələrək, onun Naxçıvana gedişini qadağan ediblər. Mən o dəqiqə bildim ki, bu Hacıbalanın işidir. 20 yanvar hadisələrindən sonra Vəzirov vəzifəsini itirdi, onun yerinə təyin edilən Mütəllibov, Fuad Musayevi Mərkəzi Komitəyə katib təyin etdi. Hacıbala cəbhəçiləri söyməyə, Mütəllibovu tərifləməyə başladı. 1992-ci ildə Xalq Cəbhəsi Mütəllibovu devirəndən sonra Hacıbalanı yaxına buraxmadı. Fuad Musayevin göstərişi ilə Hacıbala, Heydər Əliyev hərakatına qoşuldu. Mütəllibovla yaxılığına görə Heydər Əliyev, Fuad Musayevi yaxına buraxmadıqda, Hacıbala dünənə kimi əlaltısı olduğu şəxsdən üz döndərdi və vəzifə uğrunda qardaşı ilə mübarizəyə başladı.

A.Məmmədov 2021-03-31 13:16:34

Hacıbalanı yaxşı tanıyanlar gözəl bilirlər ki, o, işi keçən adamların qarşısında ikiqat əyilən, həmin adamların qarşısında şəxsiyyətini alçaldan istənilən hərəkətləri etməyə hazır olan, sonradan işi keçməyəndə bu adamlardan üz döndərən, hətta bu adamlara əlindən gələn pislikləri edən bir insandır. Bunu təsdiq edən dörd hadisəni nəzərinizə çatdırmaq istəyirəm. Birinci hadisə. Hacıbala institutu aşağı səviyyədə qurtardığına görə Ordubad rayonuna müəllim göndərilib. Onun əmisi akademik Müzəffər Abutalıbovun xahişi ilə Fizika İnstitutunun direktoru akademik Həsən Abdullayev, onu Leninqrad Fizika-Texnika İnstitutuna məqsədli aspiranturaya göndərib. Aspirantura müddətində işini bitirə bilmədiyinə görə, Həsən müəllim onu Leninqrada iki illik uzunmüddətli ezamiyyətə göndərib, Leninqradda aspiranturaya girən bu “qabliyyət” yiyəsi beş ildən sonra Bakıda Həsən müəllimin köməyi ilə müdafiə edib, elmlər namizədi olub. O vaxtlar Həsən müəllim Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti idi. Həsən müəllim Akademiyanın prezidenti olanda, Hacıbala onun qarşısında həmişə ikiqat əyilib. Milli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra, yeni təyin edilmiş respublika rəhbəri Kamran Bağırov, Həsən müəllimi Elmlər Akademiyasının prezidenti vəzifəsindən azad etdi və bu vəzifəyə Həsən müəllimin tələbəsi, Eldar Salayevi təyin etdi. Təyinata kimi Həsən müəllimin qarşısında iki bükülən Hacıbala, bu təyinatdan sonra dəyişildi və Həsən müəllimə qarşı çıxmağa başladı. Fizika İnstitutunda keçirilən seminarın birində akademik Həsən Abdullayev Hacıbalaya dedi ki, “kabinetimdə ayaqqabımı silirsən, burda mənim üzümə bozarırsan”. Bu sözləri Fizika İnstitutunun istənilən əməkdaşı təsdiq edə bilər.

miri 2021-03-31 13:14:57

Azərbaycan siyasi səhnəsindən Hacıbala və Hafiz müəllim görünməyən dən dodaqlardan təbəssüm yoxa çıxıb. İndiki kreativler sizləri heç əvəz edə bilməz. Umud qalıb "bozbaş priktenc" e baxmağa.

Oxucu 2021-03-31 13:12:03

Hesab edirlər ki, guya Hacıbala Abutalıbov milli lider Heydər Əliyevə ən sadiq olan şəxsdir. Bunu onunla əsaslandırırlar ki, Hacıbala Abutalıbov daima milli lider Heydər Əliyevin məzarına baş çəkir və s. Milli lider Heydər Əliyevə guya sadiq olan bu şəxs, vəzifəyə can atdığı, lakin təyin edilə bilmədiyi 1993-1995-ci illərdə, Fizika İnstitutunun Kriogen Korpusunun birinci mərtəbəsində qoyulmuş divanın üstündə oturub, onun ünvanına daima nəlayiq sözlər söyləyib. Bu faktı, o dövrdə Kriogen Korpusunda işləyən istənilən əməkdaş təsdiq edə bilər. Milli lider Heydər Əliyev, Hacıbala Abutalıbovu belə yüksək vəzifələrə təyin etməsəydi və Hacıbala vəzifə səlahiyyətlərindən istifadə edib sərvətlər toplamasaydı, milli lider Heydər Əliyevin məzarına daima baş çəkərdimi? Çəkməzdi! Çox güman ki, milli lider Heydər Əliyevin barəsində 1993-1995-ci illərdə dediklərini təbii ki, indiyə kimi davam etdirərdi. Hacıbalanın sədaqətinə inanalar onun əsil sifətini görmək istəyirlərsə, onun 1995-ci ildən indiyə kimi fəaliyyətini yoxlatdırsınlar və sonra da yığdığı sərvətləri əlindən alsınlar. Bundan sonra onun neçə “sədaqətli” olduğunu açıq-aydın görəcəklər.

Cahangir 2021-03-31 12:37:24

Hacıbala müəllim jurnalistin verdiyi suallara səmimi cavablar verir.Görəsən Hacıbala müəllim ub suala da səmimi cavab verə bilərmi? Suaı:Hacıbala Bakı şəhər icra başçısı işlədiyi zaman bir başa özü və ya müavinləri vasitəsilə aldığı rüşvətin miqdarını açıqlaya bilərmi? Belə faktların mövcudluğu inkar edilməz olduğu hamıya bəllidr.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price