Menu

Türkiyənin Balıkesir Universitetində azərbaycanlı şəhidin xatirəsi əbədiləşdirildi

04.04.2021, 21:57
Türkiyənin Balıkesir Universitetində azərbaycanlı şəhidin xatirəsi əbədiləşdirildi

Azərbaycanlı şəhidin adı Türkiyənin Balıkesir Universitetinin əsas salonunda əbədiləşdirilib. "Report"un Türkiyə bürosu xəbər verir ki, Vətən müharibəsi zamanı Balıkesir Universitetində təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanan və döyüşlərdən birində qəhrəmancasına şəhid olan Məmmədağa Səfərovun adı universitetin əsas salonuna verilib.

Məmmədağa Səfərovun qəhrəmanlığını xatirələrdə daim yaşatmaq üçün atılan bu addım universitet rektorluğunun və şəhidimizin təhsil aldığı Mühəndislik fakültəsinin təşəbbüsü ilə aprelin 12-də ali təhsil ocağının əsas korpusunda tədbir formatında gerçəkləşdiriləcək.

Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları, o cümlədən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edəcək.

Şərhlər

Vətəndaş 2021-04-05 11:03:02

ALLAH RƏHMƏT ELƏSİN İGİD BALAMIZA. TÜRK QARDAŞLARIMIZ ÇOX SAĞ OLSUNLAR

Xalq 2021-04-04 23:11:47

Allah rəhmət eləsin! Şəhidin məkanı cənnətdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol