Menu

“Ağlı başında olan insan revanş haqqında düşünməz” - Robert Koçaryan

06.04.2021, 08:32
“Ağlı başında olan insan revanş haqqında düşünməz” - Robert Koçaryan

“Erməni ordusu indi elə bir vəziyyətdədir ki, hər hansı bir ağlı başında olan insan revanş haqqında düşünməz”.

“Report”un məlumatına görə, bunu Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan “Pozner” verilişinə müsahibəsində deyib.

“Buna görə də, vəziyyətə bu cür baxmalıyıq: münaqişəyə son qoymaq istəyiriksə, ədalətli həll yolu tapmalıyıq” - deyə, o bildirib.

Koçaryan Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü siyasəti kəskin tənqid edib:

“Yeni hökumətin (Nikol Paşinyan hökuməti - Red) Ermənistana gəlişi ilə, erməni tərəfi yeni tələblər irəli sürməyə başladı və onlardan əvvəl olan hər şey sıfırlandı. Sonra separatçıların iştirakı olmadan danışıqların aparıla bilməyəcəyi düsturu irəli sürüldü, sonra “Qarabağ Ermənistandır” və bununla da hər şey bitdi”.

Şərhlər

Roma 2021-04-06 10:03:35

Bu oğraşın sifətini görəndə bütün əsəblərim gərilir. Azərbayca xalqına və Dövlətçiliyinə bu, serjik, vitali balasanyan, zori balayan və bir neçə bunlara bənzərləri, ümumiyyətlə isə demək olar ki, ermənilərin hamısı düşməndir...

Cəmşid Dərələyəzli 2021-04-06 09:34:48

Ay çakal, revanşdan imtina deyirsən, özü də ədalətli həll yolu deyirsən. Bir dəfəlik dərk edin ki, sağ qalmanızın yolu, derhal Ermənistan qoşunları Qarabağdan çıxarır və qonşu dövlətlərlə dialoqlara gedilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol