Azərbaycanda hər məhbusa gündə nə qədər pul xərclənir? - Hesabat açıqlandı

Avropa Şurası (AŞ) bu məkanın məhbus əhali sayı barədə hesabatını açıqlayıb. Sənədə görə, Azərbaycanda ümumilikdə 21012 məhbus var. Onların 2,7 faizi qadınlardır. Hər 100 min nəfərə 208.7 məhbus düşür.

Hüquqşünas Xalid Ağəliyev bildirib ki, Azərbaycanda məhbus sayında azalma müşahidə olunur. Onun sözlərinə görə, hər 100 min nəfərə düşən məhbus sayı 2018-ci ildə 235, 2019-cu ildə 218, 2020-ci ildə 208 nəfər olub.

"2010-cu illlə müqayisədə azalma 14 faiz təşkil edib. Son 10 ildə Ermənistan və Gürcüstanda isə azalma 50 faiz olub", deyə o vurğulayıb.

X. Əliyev daha sonra bildirir ki, hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə, Azərbaycan AŞ məkanında 5-cidir: "1-ci Türkiyədir – orda 100 minə 357 məhbus düşür. Bu göstərici Rusiyada 356, Gürcüstanda 263, Litvada 219-dur. Hər 100 min nəfərə Ukraynada 126, Ermənistanda 75, İslandiyada 45, Finlandiyada isə 48 məhbus düşür".

Ekspertin sözlərinə görə, məhbuslar arasında narkotik cinayətlərinə görə cəza çəkənlərin ümumi çəkisi daha artıqdır – belə məhbuslar ümumi məhbusların 29 faizini təşkil edir.

Azərbaycan həbsxanalarından boş yerlər var – hesabata görə, mövcud olan hər 100 həbs yerinə 82.4 məhbus düşür. Məsələn, Türkiyədə hər 100 həbs yerinə 127, İtaliyada 120 məhbus düşür.

Məhbuslara çəkilən xərclərə gəlincə, hüquqşünas qeyd edir ki, Azərbaycan AŞ məkanında məhbuslara ən az xərcləyən ölkələr sırasındadır: "Saxlanılan şəxs üçün günlük çəkilən xərc 6,7 avro, məhkum edilmiş hər bir nəfər üçün günlük xərc 5,9 avro təşkil edir. Azərbaycandan az xərcləyən cəmi 2 ölkə var: Rusiya hər bir məhbusa günlük 2,8, Bolqarıstan isə 5,7 avro xərcləyir. Gürcülərin günlük xərci 12,6 avro, ermənilərinki isə 18,8 avrodur. Avropalıların məhbuslara günlük xərci isə aşağıdakı kimidir:

Andorra – 178;

Avstriya - 128;

Danimarka - 202;

Finlandiya - 204;

İrlandiya - 206;

Lüksemburq - 245;

Hollandiya - 265;

İsveç - 304;

Norveç - 318;

Lixtenşteyn - 352;

Monako - 467;

San Marino – 1081 avro".

"AzPolitika.info"

635x100

Şərhlər

Vətənoğu 2021-04-08 21:37:41

Belə çıxır ki, Azərbaycanda hər il məhbusların saxlanılmasına 100 milyondan çox pul sərf edilir. Çoxu da narkoman, avara, tüfeyli. Bunlar niyə havayı saxlanılır ? Niyə görə icbari əməyə cəlb olunub eşşək kimi işlədilmir?

Son yazılar