AZƏRBAYCANDAN İRƏVANA UÇAN TƏYYARƏ ERMƏNİSTANI QARIŞDIRDI - Bakı Moskvaya "yox" dedi, erməni diversantlarını geri qaytarmadı! + FOTOLAR

Erməni hərbi əsirləri gətirməli olan təyyarə Bakıdan İrəvana boş gəlib. Bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentininin komandanı general-leytenant Rüstəm Muradov təyyarədə tək olub.

Bundan əvvəl baş nazirin mətbuat katibi Mane Gevorkyan fastor.am-a açıqlamasında bir qrup “hərbi əsir”in qaytarıldığı barədə xəbəri təsdiqləmişdi. 

Azatutsyun” radiosu və İctimai Televiziya isə “Erebuni” aeroportundan canlı yayım veriblər. Bu zaman “əsir”lərin yaxınlarının hava limanına toplaşdığı aydın olub. Daha sonra məlumat yayılıb ki, təyyarə boş enib və ardınca canlı yayım dayandırılıb.

Ermənistan mediası rəsmi məlumat ala bilməyib. Bildirilir ki, səlahiyyətli şəxslər telefon zənglərini cavablandırmır.

"Gün ərzində çox maraqlı hadisələr baş verdi. Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra İrəvanda Rusiyanın baş prokuroru İqor Krasnovu qəbul etdi. Krasnov Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək məqsədilə İrəvandan sonra Bakıya gəldi. Hiss olunurdu ki, Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib. Böyük ehtimalla Rusiyanın baş prokuroru “əsirlər” məsələsiylə bağlı danışıqlar da aparıb".

Bunları isə politoloq Elxan Şahinoğlu yazıb.

O, qeyd edib ki, gün ərzində İrəvanda enən təyyarədə erməni əsirlərin geri qaytarılacağı xəbərləri yayılmağa başlandı: "Ancaq Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan açıqlama verərək İrəvana enən təyyarənin içində heç bir erməni əsirin olmadığını yazdı. İrəvanda “əsirləri” gözləyərkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında dedi ki, “hərbi əsirlər mövzusu bağlanıb”. “İsgəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlərin” – erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti ilə görüşdə də Azərbaycanda həbsdə saxlanılan erməni terrorçuların – onları “hərbi əsir” adlandırdı – azad olunması zərurətindən bəhs etmişdi və Putindən kömək istəmişdi. Azərbaycan isə dəfələrlə bəyan edib ki, hərbi əsirlər son nəfərinədək İrəvana qaytarılıb, saxlanılanlar 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Azərbaycan ərazisinə keçən və Qarabağda cinayət törədən terrorçulardır.

635x100

Şərhlər

Mehdi 2021-04-10 06:33:17

Bas aca bilmirem,Bakidan Yerevana teyyare reysleri varki,cox qəzet,saytlar yazirki bu dəfə teyyare boş ucdu.Bu nə oyundu,nə konsertdi,nə pəstahadi ,nə meymunluq edirler goresen?

Bilge Kagan 2021-04-09 13:29:37

Ali Bas Komandanimizin etrafinda cix birlesib rusiyaninda,ermenlerinde qeti cavabini vermeliyik!!!Onlara oz yerlerini gostermeliyik bir Boyuk Millet olaraq!!!Esir sozu yox,onlar terroristlerdir!!!

Cəmşid Dərələyəzli 2021-04-09 09:48:47

Azərbaycan xalqı 7-dən 70-ə qətiyyətinizin arxasındadır, cənab Prezident. Onları bax beləcə, özlərindən özlərinə sürpürüzlerle "sevindirmek" lazımdır. Bu "itlər" illərdir bizi çox məyyus ediblər. İndi isə bədəl ödətdirmə zamanı, zaman Türkün zamanı!

Veteran 2021-04-09 09:43:27

Afərin.Cox yaxşı.Nə Rusiyadan,nə Putin,nə də onun gədələrindən çəkinmək lazım deyil.Belədə davam etmək lazımdır.

t.ədalət 2021-04-09 01:37:40

Həmin diversantlar Rusiya tərəfindən hazırlanmış terrorçulardır.Putin bu diversantların əli ilə Azərbaycanı Suriyanın vəziyyətinə salmaq,regionda suların durulmasına imkan vermək istəmirdi.Ancaq Azərbaycan ordusu,xüsusi təlim almış hərbiçilərimiz Putinin bu yuxusunu çin olmağa qoymadılar.İndi diversanbtları azad etməyə çalışan Rusiya yenidən regionda terrorçuluğu qızışdırmaq istəyir.Diversantlar bütün dünyada bağışlanılmır.Biz Rusiyanın təhdidlərindən qorexub onları buraxsaq,növbəti faciələrə rəvac vermiş olarıq.Təəssüf ki bizim mətbuat Rusiyanın regiondakı təxribatlarını lazımınca yazmır.

Son yazılar