Menu

Rusiya Baş prokuroru Fəxri xiyabanı ziyarət edib

09.04.2021, 13:20
Rusiya Baş prokuroru Fəxri xiyabanı ziyarət edib

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov Azərbaycana səfəri çərçivəsində Baş prokuror Kamran Əliyevlə birgə Fəxri xiyabanı ziyarət edib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hər iki şəxs xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra hər iki ölkənin Baş Prokurorları tərəfindən 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılan kompleks ziyarət edilib, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.

Qeyd edək ki, Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov aprelin 8-də Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Şərhlər

Veteran 2021-04-10 15:02:50

Bəs ŞƏHİDLƏR XİYABANINI niyə etmədi?

......5 - ci kolon bashchisina 2021-04-09 15:02:09

..........Iqor Krasnov, Kreml Azerbaycana ZERBE VURUB " 9M723 ISGENDER - M " raketlerinden , Kremlin ƏCLAFLARI , CAVAB VERIN Azerbaycan XALQINA , NIYƏ, HƏRBI CINAYƏT TORƏDIRSINIZ ve QADAQAN OLUNMUSH RAKETLƏRLƏ Azerbaycan sheherlerini, kendlerini, mulki dinc ehalinin evlerini daqidibsiniz, viran qoyubsunuz, insanlar helak olublar, choxsayli ushaqlar, qadinlar, qocalar aqir xesaretler aliblar, BU VƏHSHILIKLƏR barede , Azerbaycan hokumeti , HOKMƏN, MUTLƏQ ve MUTLƏQ , TEZLIKLƏ , CIDDI HESABAT VERMƏLIDIR Azerbaycan XALQINA , chunki, SUSQUNLUQ taktikasi ile , Kremlin Azerbaycana qarshi toretdiyi bu DEHSHETLI HERBI CINAYETINI , Azerbaycanda ORT - BASDIR ETMEK , MUMKUN OLMAYACAQ .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol