Zelenskinin Türkiyəyə səfəri başlayıb

Ukrayna prezidenti Volodımır ZelenskininTürkiyəyə işgüzar səfəri başlayıb.

"Report"un xəbərinə görə, səfər çərçivəsində dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparacaq.

Sonra hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar