Menu

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşlərini bərpa etmək olar” - Karasin

12.04.2021, 11:58
“Azərbaycan və Ermənistan XİN başçılarının görüşlərini bərpa etmək olar” - Karasin

“ATƏT-in Minsk qrupunun egidası altında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müntəzəm görüşlərinin keçirilməsi təcrübəsini bərpa etmək olar və bu, əhəmiyyətli beynəlxalq rezonans əldə edə bilər”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin “Kommersant” nəşrinə müsahibəsində deyib.

O, Rusiya ilə yanaşı Minsk qrupunun digər həmsədrləri – ABŞ və Fransanın da Azərbaycan və Ermənistan arasında etimadın yaradılması prosesinə cəlb olunmasının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavabında bildirib ki, rəsmi Vaşinqton və Paris bu işdə faydalı rol oynaya bilər: “Bu üçlük təcrübə və ciddi xarici dəstəyə malikdir”.

Şərhlər

Cəmşid Dərələyəzli 2021-04-12 12:28:29

Ay özün öləsən. Görür ki, Qarabağda itin gününə salınıb, indi bu da özünə havadar axtarır.

t.ədalət 2021-04-12 12:04:02

Putin və onun dəyərsiz "elçiləri" ancaq ermənistana xidmət edirlər.Məqsədləri üçün,təəssüf ki Azərbaycanda yerləşdikləri adamlardan istifadə edirlər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol