Menu

COVID-19-a yoluxan Niyaməddin Musayevin vəziyyəti açıqlandı

12.04.2021, 12:20
COVID-19-a yoluxan Niyaməddin Musayevin vəziyyəti açıqlandı

Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən N.Musayevin müalicəsi davam edir.

Xəstəxanadan bildirilib ki, sənətçi aprelin 7-də tibb müəssisəsinə daxil olub:

“Hazırda özünü yaxşı hiss edir və səhhəti qaydasındadır. 80 yaşlı pasiyentin beyinin oksigenlə təminat səviyyəsi 94, bədən temperaturu isə 36 dərəcədədir.”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol